“Nyus.am”: “Ermənistan əhalisinin 30 faizi acdır”
Tarix: 08.10.2014 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Ermənistan əhalisinin 30 faizi ərzaqla təminat baxımından yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır. Bu nəticəyə “Rəqabətqabiliyyətli cəmiyyət” qeyri-hökumət təşkilatı, “Oxsfam” təşkilatı və Avropa İttifaqının birgə keçirdiyi tədqiqatın sonunda gəlinib. Bu haqda məlumat verən “Nyus.am” yazır ki, bu rəqəmə minimal istehlak səbətinə daxil olan bəzi göstəricilər daxil edilməyib Sadəcə insanların minimum qidalanmaya kriteriyası araşdırılıb. “Nyus.am” yazır ki, Ermənistan dövlət orqanlarının açıqladığı rəsmi rəqəmlər bu reallığı əks etdirmir. Belə ki, 2012-ci ilin göstəricilərinə əsasən əhalinin aylıq gəliri 40 min dram olub ki, bu da minimum qidalanma üçün lazım olan 20 min dramdan çoxdur: “Amma reallıqda vəziyyət belədir ki, əhalinin 30 faizinin ölməmək üçün minimum səviyyədə qidalanma imkanı yoxdur. Yəni, Ermənistan əhalisinin 30 faizinin bir gün üçün 460 qram çörək, 20 qram tərəvəz, 145 qram kratof, 25 qram şəkər və 50 qram ət alıb yeməyə imkanı yoxdur. Bu göstəricilər Dünya Bankının “aclıq həddi” üçün müəyyən etdiyi göstəricilərdir. Deməli, Ermənistan əhalisinin 30 faizi Dünya Bankının müəyyən etdiyi “aclıq həddindən” də aşağı səviyyədə yaşayır. Ermənistan əhalisinin 80 faizinin gəliri son iki il ərzində demək olar ki, atmayıb. Amma imkanlı vəziyyətdə olan 10 faiz əhalinin gəliri isə 43 min dramdan 120 min drama (290 dollar) yüksəlib”.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info