“Joxovurd”: “Ermənistan nümayəndə heyəti AŞPA-nın toplantısında biabır olub”
Tarix: 08.10.2014 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


“Naqdalayan özünü anlaşılmaz tərzdə apardığı üçün iclas vaxtı onun çıxış etdiyi mikrofon söndürülüb, erməni dilindən tərcümə dayandırılıb və erməni nümayəndə heyəti zaldan çıxarılıb”

Ermənistan nümayəndə heyəti AŞPA-nın son toplantısında növbəti biabırçılığını yaşayıb. Bu haqda “Joxovurd” nəşri məlumat yayıb. Qəzet yazı ki, Strasburqda baş verən son hadisələr Ermənistanın növbəti biabırçılığıdır və buna görə kimsə istefa verməlidir: “Amma Ermənistan parlamentinin vitse-spikeri və AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Armina Naqdalyan növbəti biabırçılığa baxmayaraq dövlət büdcəsinin hesabına dünyanı gəzməkdə davam edir. Ermənistan nümayəndə heyəti AŞPA-da Azərbaycan tərəfindən hazırlanan və İrəvanın maraqlarına uyğun olmayan bir qətnamənin belə, qarşısını ala bilməyib. Heç olmasa “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı qətnamə layihəsinin qarşısını almağa borclu idilər. Amma özəl mənbələrdən bizə məlum olub ki, Naqdalayan özünü anlaşılmaz tərzdə apardığı üçün iclas vaxtı onun çıxış etdiyi mikrofon söndürülüb, erməni dilindən tərcümə dayandırılıb və erməni nümayəndə heyəti zaldan çıxarılıb. Bu biabırçılıqdan sonra Naqdalayan parlamentin spikerini Gürsüstan səfərində müşayiət edib. Bu nə deməkdir? Beynəlxalq sənəddə Dağlıq Qarabağ işğal olunmuş ərazi statusu ilə qeyd edilib. Respublika Partiyası və Serj Sərkisyan üçün bu, adi işdir”.

Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info