Yaxın vaxtlarda abunəçilər Gəncədəki “ASAN xidmət” mərkəzində “Azərsu” ASC-nin xidmətlərindən istifadə edəcəklər
Tarix: 08.10.2014 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əldə olunmuş razılığa əsasən, 2014-cü ilin oktyabr ayından agentliyin Sumqayıt şəhərindəki “ASAN xidmət” mərkəzində “Azərsu” ASC-nin abunəçilərinə bəzi müştəri xidmətlərinin göstərilməsinə başlanılıb.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “ASAN xidmət” mərkəzində abunəçilər aşağıda təklif olunan xidmətlərdən istifadə edə bilərlər:
- Abonentlərin bazadakı məlumatlarına dəyişikliklərin edilməsi;
- Borc haqqında məlumatın (arayış) verilməsi;
- Smart-sayğac quraşdırılan tarixdən karta yükləmələr haqqında məlumatın
verilməsi.
- Səbəbindən asılı olmayaraq istənilən ödəniş provayderi vasitəsilə həyata
keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi (ödənişin bazaya düşməməsi, bazaya
düşən ödənişlərin köşklərdə smart-kartlara yüklənməməsi və s. hallarda)
- Yeni smart-kartların verilməsi;
- İtirilmiş və ya zədələnmiş smart-kartların bərpası;
- Qeydiyyatda olan və “Azərsu” ASC-nin Abonent bazasında təsdiqini tapmış
məcburi köçkün qrupuna aid abonentlərin sudan istifadə və tullantı suların
axıdılması xidmətlərinə görə limitlərinin smart-karta yüklənməsi;
- Smart tipli sayğacın digər smart-sayğacla əvəz olunması səbəbindən yeni
smart-kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta
köçürülməsi;
- Smart-sayğacların istismar qaydaları haqqında məlumatın verilməsi.
Sumqayıt şəhərindəki “ASAN xidmət” mərkəzi 15-ci məhəllə 42d ünvanında yerləşir.
Yaxın vaxtlarda abunəçilər Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzində də “Azərsu” ASC-nin xidmətlərindən istifadə edə biləcəklər.
Qeyd edək ki, hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət” mərkəzlərində təşkil olunmuşdur. Yaşayış yerindən asılı olmayaraq abunəçilərin bu mərkəzlərdə “Azərsu” ASC-nin xidmətlərindən istifadəsinə məhdudiyyət qoyulmur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info