Bərdədə Qarabağ müharibəsi əlilləri və veteranlarına treninqlər keçirilir
Tarix: 09.10.2014 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə Bərdə şəhərində Qarabağ müharibəsi əlilləri və veteranlarına psixoloji yardımla bağlı treninqlər keçirilir. İctimai Birliyin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İctimai və sosial sahələrdə innovativ təşəbbüslərin dəstəklənməsi üzrə Qarabağ müharibəsi iştirakçılarına psixoloji yardımın təşkili” mövzusunda treninqlərdə Bərdə və ətraf 6 rayondan olan müharibə əlilləri və veteranlar iştirak edirlər.
“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxış edərək Qarabağ müharibəsi iştirakçılarının psixoloji problemlərindən danışıb, layihə haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, layihə müxtəlif bölgələr üzrə Qarabağ müharibəsi iştirakçılarının psixoloji durumunu müəyyənləşdirmək, onların normal həyat şəraitinə reabilitasiya olunmaları yollarını araşdırmaq, psixoloji vəziyyətlərinin yaxşılaşdırılması üçün xidmətlər təşkil etmək, habelə ehtiyacı olan insanlara yardım göstərmək məqsədi daşıyır.
Təlimlər zamanı müharibə iştirakçıları ilə psixoloji testlər keçirilir, onların psixoloji vəziyyətləri müəyyən edilərək lazımi tövsiyələr verilir.
Treninqlər oktyabrın 10-da başa çatacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info