Çoxuşaqlı və aztəminatlı ailələrə yeni güzəştlərin tətbiqi üçün layihə hazırlanıb
Tarix: 09.10.2014 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Azərbaycanda çoxuşaqlı və aztəminatlı ailələrə dövlətin balansında olan yaşayış binalarındakı mənzillərin ucuz qiymətə kirayəyə verilməsi təklif edilir. Bu, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq yeni hazırlanan “Azərbaycan Ailəsi Strategiyası”nın layihəsindəki təkliflərdən biridir. Strategiya layihəsində çoxuşaqlı və aztəminatlı ailələrin, o cümlədən tək valideynli, ailə başçısını itirən, bir və ya bir neçə üzvü əlil, məhkum, şəhid olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, bu ailələr üçün sosial xidmətlərin yaxşılaşdırılması, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, uşağın anadan olmasına, hamiləliyə və doğuma görə müavinətlərin məbləğinin artırılması təklif edilir. Bununla yanaşı, təklif edilir ki, çoxuşaqlı ailələrin məktəb yaşlı uşaqlarına oxuduqları təhsil müəssisəsi tərəfindən sosial dəstəklər göstərilsin, yardımlar verilsin. Çoxuşaqlı ailə dedikdə isə uşaqlarının sayı 5 və daha çox olan ailələr nəzərdə tutulur. Artıq strategiya layihəsinin işçi qrup səviyyəsində ilk müzakirəsi keçirilib. Sənəd daha da təkmilləşdirildikdən sonra rəy alınması üçün digər dövlət qurumlarına göndəriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info