Xəzər dənizi suyunun duzsuzlaşdırma kompleksinin gücünün artırılmasına ehtiyac var
Tarix: 09.10.2014 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Azərbaycanda Xəzərin bioresurslarının bərpası istiqamətində işlər aparılır. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib ki, hazırda müasir Xıllı nərə balıqartırma zavodunda süni yetişdirilmiş 5000-dən artıq müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqdan ibarət bərpa-törədici fondu yaradılıb. Onun sözlərinə görə, 2013-cü ildə Azərbaycanda ilk dəfə olaraq burada süni yetişdirilmiş ana balığı öldürmədən cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilib: “Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır. 2014-cü ilin 9 ayı ərzində su bioloji resurslarının artırılması sahəsində 419 milyon ədəd balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılıb. Bunlardan 6,2 milyon ədədi - nərə cinsli, 172 mini isə qiymətli qızıl balıq körpələri olub”.
Nazir vurğulayıb ki, gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli üçün Azərbaycanda tükənməyən mənbə olan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün infrastruktur imkanları 20 min kubmetr olan, ilkin mərhələdə pilot olaraq sutkada 1000 kubmetr gücündə avadanlıq quraşdırılmış zavod və müasir tinglikdən ibarət kompleks inşa edilib. Onun sözlərinə görə, faktiki olaraq bu zavod Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsidir: “Bu gün zavodda istehsal olunan su ətraf ərazidə salınmış yaşıllıqların suvarılmasında istifadə edilir. Hazırda Ələt-Astara magistral avtomobil yolunun ətrafının yaşıllaşdırılması işləri davam edir. Əkinlərin əksəriyyəti zeytunluq olan bu ərazilərdə suvarmaya yararlı suyun məhdud olması dəniz suyunun duzsuzlaşdırılma həcminin artırılması zərurətini yaradıb. Bunun üçün əlavə tikinti-quraşdırma işləri aparmadan duzsuzlaşdırma kompleksinin gücünü qısa zamanda 4 dəfə artırmaq mümkündür və buna ehtiyac var. Bundan başqa, Şirvan kanalının nisbətən az duzlu suyunun Xəzər dənizinə axıdılmaqdansa, duzsuzlaşdıraraq suvarmada istifadə edilməsi daha məqsədəuyğun olardı”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb
18.03.2019
Dənizçilər Cocuq Mərcanlıda olublar
18.03.2019
“QALA“ Yunanıstanda Novruz tədbirlərinə start verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info