Avropanın ən böyük Gənclər Forumu yekunlaşıb
Tarix: 09.10.2014 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Azərbaycanın Qəbələ şəhərində Avropa Şurasının 47 ölkəsi və digər ölkələrdən 250-yə yaxın nümayəndənin iştirakı ilə həyata keçirilən “Nifrət Nitqinə Yox Hərəkatı” Beynəlxalq Forumu başa çatıb. 5 gün müddətində keçirilən Forum plenar iclaslar, dəyirmi masalar və işçi qruplar şəklində fəaliyyət göstərib.
Plenar iclaslar və görüşlər zamanı kampaniyanın məqsədi, mahiyyəti, bu günə qədər kampaniya ərzində görülmüş işlər barəsində məlumat verilib və gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb. Forumun gedişatında iştirakçılar onlayn nifrət və ayrıseçkiliyin müxtəlif formaları ilə mübarizəyə dair bir sıra mövzuları əhatə edən 10 işçi qrupa bölünüblər. İşçi qruplarda təmsil olunan ölkələrin nümayəndələri tərəfindən həmin ölkələrdə onlayn nifrətlə mübarizə sahəsində cari vəziyyət, görülən işlər barəsində məlumat verilib. Bu istiqamətdə iştirakçı ölkələr arasında təcrübə mübadiləsi aparılıb və təkliflər səsləndirilib.
Forumun sonunda iştirakçı ölkələrin nümayəndələrinin birgə rəyi əsasında onlayn nifrətlə mübarizə ilə bağlı Qəbələ bəyannaməsi qəbul olunub və iştirakçıların təltifolunma mərasimi həyata keçirilib. Forum zamanı iştirakçılar üçün Azərbaycanın milli dəyərləri, adət ənənələri və qədim tarixini əks etdirən xüsusi mədəni proqram təqdim olunub.
Forumun proqramına müvafiq olaraq iştirakçı ölkələrin “Nifrət Nitqinə Yox Hərəkatı” çərçivəsində gördüyü işlər və mədəniyyətini əks etdirən sərgi təşkil olunub. Daha sonra qədim Azərbaycan şəhəri olan Qəbələ şəhərinə ekskursiya təşkil olunub və iştirakçılar şəhərin təbiəti, qədim tarixi və infrastrukturu ilə tanış olmaq imkanı əldə ediblər. Forum ərzində həmçinin iştirakçılar üçün Azərbaycanın milli rəqsləri və təamlarının təqdim olunduğu Azərbaycan gecəsi təşkil olunub.
Xatırladaq ki, Forum 2 oktyabr 2014-cü il tarixində Qəbələ şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezident Administrasiyası, Avropa Şurasının gənclərlə iş üzrə birgə Şurası, Avropa Şurasının Bakı ofisi və Avropa Şurasının Gənclər Departamentinin Təhsil və Təlim bölməsinin rəsmilərinin iştirakı ilə keçirilən açılış mərasimi ilə öz işinə başlayıb.
“Nifrət Nitqinə Yox Hərəkatı” Beynəlxalq Forumu Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetində sədrliyi çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurası, Avropa Şurasının Gənclər Departamenti tərəfindən həyata keçirilir.
Forumun məqsədi “Nifrət Nitqinə Yox Hərəkatı” çərçivəsində milli və Avropa səviyyəsində fəal olan gənc insanları və digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə töhvə verməkdir. Forumda nifrət nitqi və ayrıseçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılacaq. Müzakirələzr zamanı iştirakçıların fikirləri və təklifləri dinləniləcək.

Fuad





 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır
24.05.2019
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən 96 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır
23.05.2019
Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info