ABŞ-da Azərbaycanla bağlı daha bir mühüm hadisə
Tarix: 09.10.2014 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi Gözəl” baletinin oktyabrın 11-də ABŞ-ın San Dieqo şəhərində tamaşaya qoyulması münasibətilə Kaliforniya qanunverici orqanının alt palatası olan Ştat Assambleyasının spikeri Toni Atkins qətnamə imzalayıb.
Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, qətnamədə baş konsulluğun təşkilatçılığı və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Yeddi Gözəl” baletinin ABŞ-da ilk dəfə səhnəyə qoyulması böyük mədəniyyət hadisəsi kimi qiymətləndirilir. Həmçinin Azərbaycanın böyük şairi Nizami Gəncəvi və dahi bəstəkarı Qara Qarayevdən bəhs edilərək, “Yeddi Gözəl” baletində güclü poetik və musiqi vəhdətinin olduğu qeyd olunur, əsərdə multikulturalizmin və tolerantlığın tərənnümü, etnik müxtəlifliyin təntənəsi kimi keyfiyyətlərin nümayiş etdirildiyi vurğulanır.
Qətnamədə “Yeddi Gözəl” baletinin 1952-ci ildə Q.Qarayev tərəfindən bəstələndikdən sonra tarixdə ilk dəfə ABŞ-ın böyük səhnəsində tamaşaya qoyulduğu bildirilir: “ABŞ və Azərbaycan arasında münasibətlər 20 ildən çoxdur ki, davam edir. Bu münasibətlər iki ölkə arasında qarşılıqlı mənafelərə, faydalı tərəfdaşlığa yönəlik hədəfləri əhatə edir. Azərbaycan Kaliforniya ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verir”.
Kaliforniya Ştat Senatı adından isə qətnaməni senator Marti Blok imzalayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info