Aleksandr Lukaşenko: “Sərhədləri yenidən dəyişmək olmaz”
Tarix: 09.10.2014 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


“Postsovet respublikalarının xalqları xaosa, vətəndaş müharibəsinə imkan verməyən güclü dövlət ideyasını dəstəkləyirlər”

Belarus prezidenti Aleksandr Lukaşenko “Euronews”a verdiyi müsaşhibədə Ukrayna dövlətçiliyinin dağılmasına qarşı olduğunu açıqlayıb. O, qeyd edib ki, çoxları Krımın səhv nəticəsində Ukraynaya verildiyini, oranın Rusiyaya məxsus olduğunun bildirir: “Bu, düzgün yanaşma deyil, müstəqil dövlət yaradılmasını nəzərdə tutan Novorossiya layihəsini qəbul etmirik. Mən Ukrayna dövlətçiliyinin vahidliyinin və bütövlüyünün tərəfdarıyam. Orada da daimi partlayış mənbəyi olan Dnestryanı, Dağlıq Qarabağ kimi dondurulmuş münaqişə ocaqlarının olmasını istəmirik. Mən şəxsən bir insan və Belarus prezidenti kimi bunu istəmirəm. Ona görə ki, biz Ukraynaya çox yaxınıq”. Lukaşekno bildirib ki, rəsmi Minsk Donetsk və Luqanskda yaradılan qondarma respublikaları tanımaq fikrində deyil: “Biz tam fərqli mövqedəyik. Bunlar qeyri-formal dövlət, qeyri-formal ərazilərdir. Orada müharibə gedir. Neynəyək, orada gedən proseslərə qarışaq?”. Belarus dövlət başçısı hesab edir ki, Krımda baş verənlər və yarımadanın Rusiya Federasiyasının tərkibinə daxil olması Ukraynanın həmin vaxt üçün yanlış hərəkətlərinin nəticəsində mümkün olub. Lukaşenko bildirib ki, sərhədləri yenidən dəyişmək olmaz: “Onda gəlin Xan Batı, monqol-tatar dövrünə qayıdaq. Belə çıxır ki, praktiki olaraq Rusiyanın bütün ərazisini, Qərbi və Şərqi Avropanı Qazaxıstana, Monqolustana vermək lazımdır. Belarusdan savayı, çünki onlar bura qədər gəlib çatsalar da, bizə toxunmayıblar”. Lukaşenko müsahibəsində postsovet məkanı ölkələrində gedən siyasi proseslərə də toxunub. Belarus dövlətinin başçısı bildirib ki, Ukraynada baş verən hadisələr postsovet xalqlarında güclü dövlət ideyasını gücləndirb: “Postsovet respublikalarının xalqları demokratiyadan “doyublar”. İndi əksinə, xaosa, vətəndaş müharibəsinə imkan verməyən güclü dövlət yaradılması prosesi gedir və xalqlardan da böyük dəstək qazanır. Bu o demək deyil ki, müxalifət liderləri ölkədə sıxışdırılmalıdır. Amma ölkədə hakimiyyət də, müxalifət liderləri də qanuna əməl etməlidir. Qanunu pozursansa, qanun qarşısında cavab verməlisən”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır
17.04.2019
Riç Outzen: “Türkiyə ilə əlaqələrdə uğursuzluq görmək istəmirik”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info