“Ermənistan yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqına qoşulacaq”
Tarix: 09.10.2014 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Ermənistan 2015-ci il yanvarın 1-dən Rusiya, Belarus və Qazaxıstanın daxil olduğu Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulacaq. “RİA Novosti”nin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib.
Onun sözlərinə görə, müvafiq müqavilə sabah Minskdə Aİİ-nin iclasında imzalanacaq: "Bundan başqa, Vyetnam, İsrail, Hindistan və Misirlə əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq".
Y.Uşakov qeyd edib ki, Rusiya oktyabrın 3-də, Qazaxıstan isə bu gün müqaviləni ratifikasiya edib: "Bu prosedurun Minskdə keçiriləcəyini gözləyirik".
O deyib ki, Minsk görüşündə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan prezidentləri iştirak edəcəklər: "Prezidentlərin dekabrda Moskvada daha bir sammiti keçirmək barədə razılığa gələcəyi proqnozlaşdırılır. Aİİ-nin fəaliyyət göstərməsi üçün təqribən daha 50 normativ akt qəbul etmək lazımdır".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb
21.01.2019
Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib
21.01.2019
Erməni politoloq: Paşinyanı çətin günlər gözləyir
21.01.2019
Eduard Şarmazanov: “Paşinyanın hakimiyyəti vaxtı sərmayələr azalıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info