ADİU-ya qəbul olan tələbələr yeni tədris standartları üzrə təhsil alacaqlar
Tarix: 09.10.2014 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov yeni tədris ilində ali təhsil ocağına qəbul olmuş birinci kurs tələbələri ilə görüşüb. On fakültə ilə ayrı-ayrılıqda görüşən rektor tələbələrə universitet haqda ətraflı məlumat verərək, yeni tədris ilində görülən işlərdən, tətbiq olunan yeniliklərdən danışıb.
Ötən illərdən fərqli olaraq bu il ADİU-ya qəbul olan tələbələr yeni tədris standartları üzrə təhsil alacaqlar. Bu standartlar tələbəyə dörd il ərzində iki ixtisasa yiyələnmək imkanı verir. Belə ki, ikinci kursu bitirən tələbə ADİU-nun başqa fakültəsinə də qəbul olub, ikinci ali təhsil ala bilər. Bununla bağlı, universitetdə işçi qrup yaradılıb.
SABAH qruplarında yaradılan şərait haqda tələbələrə məlumat verən rektor Ə.Muradov bu tədris modelinin gələcəkdə universitetin bütün fakültələrinə də şamil olunacağını bildirib. Rektor universitetin ikinci tədris korpusunda aparılan texniki təchizat işləri haqda danışaraq qeyd edib ki, yeni quraşdırılan videokonfrans zalı vasitəsilə tələbələr dünyanın istənilən nüfuzlu universitetləri ilə əlaqə saxlaya, müəllim və tələbə heyəti ilə fikir mübadiləsi apara bilərlər.
Oktyabr ayının sonuna qədər universitetin kitabxanası təkmilləşdiriləcək və elektron kitabxana layihəsi tam hazırlanaraq tələbələrin ixtiyarına veriləcək. Daha bir yenilik isə universitetdə yaxın vaxtlarda elektron sənəd dövriyyəsinə keçiriləcək və tələbələr arayışlarını dəhlizlərdə quraşdırılan xüsusi lövhələrdən sifariş edə biləcəklər. Bu, tələbələrin vaxta qənaət etməsinə kömək edəcək.
ADİU-da yeni qüvvəyə minən “Tələbələrin universitetdaxili intizam qaydaları”na da toxunan rektor vurğulayıb ki, universitetdə qaydalara nəzarət komissiyası yaradılacaq və qaydaları pozanlara qarşı müvafiq ölçü götürüləcək.
Yeni tədris ilindən birinci kurs və SABAH tələbələrinin imtahanları yazılı şəkildə keçiriləcək. Tədris edilən mövzular üzrə 25 sual I-V tədris həftələri ərzində tələbələrə təqdim olunacaq və universitetin saytında yerləşdiriləcək. İmtahan vərəqələri şifrələnərək qiymətləndirmə zamanı tələbənin adı və soyadı görünməyəcək. İmtahanın obyektivliyini təmin etmək məqsədilə nəticələrin ekspertlər tərəfindən selektiv qaydada yoxlanılması nəzərdə tutulub. Bütün imtahan prosesi rektorun şəxsi nəzarətində olacaq.
Tələbələrə universitetdə fəaliyyət göstərən “Qaynar xətt” haqda məlumat verən rektor, bildirib ki, onlar öz təklif və iradları ilə bağlı bura müraciət edə bilərlər.
Sentyabrın 25-dən oktyabrın 9-dək ADİU-nun bütün tədris binalarında keçirilən görüşlərdə rektor Ə.Muradov tələbələri maraqlandıran sualları cavablandırıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info