Elmin İnkişafı Fondu 1-ci Azərbaycan-Belarus beynəlxalq konfransını keçirəcək
Tarix: 09.10.2014 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Oktyabrın 21-22-də Bakıda Elmin İnkişafı Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə 1-ci Azərbaycan-Belarus beynəlxalq konfransı keçiriləcək. Beynəlxalq konfransda 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində birgə yerinə yetirilən fundamental-tətbiqi xarakterli elmi-tədqiqat layihələri üzrə bir il ərzində alınmış elmi nəticələr məruzə ediləcək, monitorinq xarakteri daşıyan müzakirələr aparılacaq, birgə qrant müsabiqələri yolu ilə əməkdaşlığın perspektivləri və konkret sahələri üzrə məsləhət və tövsiyələr veriləcək. Konfransdan əvvəl BRFTF ilə EİF-in birgə qrant Komissiyasının iclası keçiriləcək, 2-ci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin təşkili və keçirilməsi üzrə məsləhətləşmələr aparılacaq, müsabiqənin prioritetləri, keçirilmə tarixi, ekspertiza işinin təşkili ilə bağlı məsələlər müzakirə olunaraq razılaşdırılacaq. 2-ci müsabiqənin konfrans ərəfəsində elan olunması planlaşdırılır. Qeyd edək ki, 2012-ci il 28 sentyabr tarixində Minsk şəhərində Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası və Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında beynəlxalq saziş imzalanıb. Bu məsələ Azərbaycan-Belarus Hökumətlərarası komissiyanın müxtəlif illərdə keçirilmiş iclaslarının protokollarına da daxil edilib. Sazişə əsasən, Elmin İnkişafı Fondu Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsini elan edərək keçirib. Bu müsabiqə üzrə 7 fundamental-tətbiqi xarakterli layihə qalib elan edilib, Azərbaycan tərəfi üçün ümumi maliyyələşdirilmə həcmi 490000 manat olub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info