Bakı Slavyan Universitetində Misir mədəniyyət günü
Tarix: 09.10.2014 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


Oktyabrın 9-u Bakı Slavyan Universitetində Misir mədəniyyət günü keçirildi. Tədbiri açan ali təhsil müəssisəsinin rektoru, prof. Asif Hacıyev qonaqları salamlayaraq, universitetdə ərəb dili və mədəniyyətinə olan böyük marağın olduğunu söylədi: “Bu gün Bakı Slavyan Universitetində Misir mədəniyyət gününə həsr olunmuş maraqlı tədbir keçirilir. Universitetimizdə Avropa ölkələri ilə yanaşı, Şərq ölkələrinin mədəniyyəti və dilləri yüksək səviyyədə tədris olunmaqdadır. Hal-hazırda bu universitetdə ərəb dili müəyyən qruplarda tədris edilir.” Ərəb dilinin tədrisi istiqamətində təhsil proqramlarının gələcəkdə daha da genişləndiriləcəyini vurğulayan rektor, tədbir iştirakçılarına Qatar, İraq, Liviya, Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Fələstin Muxtariyyəti səfirliklərinin nümayəndələrini təqdim etdi.
Misir Ərəb Respublikasının müvəqqəti işlər üzrə Azərbaycandakı vəkili Haitham Galal öz çıxışı zamanı son 15 ildə Azərbaycanda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin gördüyü işlərdən bəhs edərək bilidirdi ki, adı çəkilən mərkəzin fəaliyyəti ərəb mədəniyyətini, adət-ənənələrini, bu dildə tərcümə olunmuş kitabları Azərbaycan və digər ölkələrin xalqlarına tanıtmaqla böyük uğurlara imza atmışdır.
Tədbirdə, həmçinin Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Ahmed Sami Elaydy, AMEA-nın şöbə müdiri İmanverdi Həmidov, Azərbaycan Dillər Universitetinin professoru Məhəmmməd Teymur çıxışlarında belə tədbirlərin təşkilinin həm Azərbaycan, həm də ərəb mədəniyyətlərinin qarşılıqlı təması, dünyada geniş yayılması üçün əhəmiyyətini qeyd etdilər.
Misir mədəniyyət günü devizi altında təşkil olunan tədbir Misir Ərəb Respublikasının Ərəb Musiqisi Ali İnstitutunun tələbələrinin, “AYTAM” İctimai Birliyinin üzvləri, Bakı Musiqi Akademiyası, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti tələbələrinin özfəaliyyət dərnəkələrinin Azərbaycan və ərəb dillərində hazırladıqları musiqi nömrələrindən ibarət konsert proqramı ilə davam etdirildi. Tədbir çərçivəsində universitetin akt zalında Misir mədəniyyətini əks etdirən maraqlı sərgi nümayiş olundu.
BSU-nun Mətbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info