Xarici mediada Azərbaycanda qadın hüquqları haqda məqalə dərc olunub
Tarix: 09.10.2014 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Prezident yanında QHT-lrə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi “Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqa” təşkilatı tərəfindən Avropanın məşhur “Parlament” jurnalında Azərbaycanda qadın hüquqlarının vəziyyəti haqda məqalə dərc olunub.
Avropa Parlamentinin əsas mətbu orqanlarından hesab edilən “Parlament” jurnalında dərc edilən məqalənin sərlövhəsi “Avropanın yaxın qonşularında qadın hüquqlarının təkamülü: Azərbaycan təcrübəsi” adlanır. Məqalədə Azərbaycanın Avropa Yaxın Qonşuluq Siyasətində iştirak edən yeganə müsəlman dövləti kimi qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi sahəsində əhəmiyyətli təşəbbüslər irəli sürən və son illərdə ciddi nəticələr əldə edən ölkə olduğu vurğulanır.
Məqalədə qadınların ölkəmizin sosial-iqtisadi və siyasi həyatında aktiv iştirakı üçün yaradılan şərait, qadınların rəhbər vəzifələrə irəli çəkilməsi, yerli və respublika əhəmiyyətli seçkilərdə fəal iştirakları, erkən nikaha qarşı mübarizə çərçivəsində qanunvericilik aktlarına edilən dəyişikliklər, məişət zorakılığının aradan qaldırılması üçün yaradılan sığınacaqlar, məlumatlandırma və xəbərdarlıq kampaniyaları, qadın hüquqlarının müdafiəsi ilə bağlı QHT-lər tərəfindən irəli sürülən layihələrə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyə dəstəyi verilməsi, Avropa və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilməsi kimi məsələlər Azərbaycanın uğuru kimi qeyd edilib.
Məqalədə həmçinin həmmüəlliflərin Avropa Birliyi institutları, beynəlxalq qurumlara tövsiyələri də əksini tapıb: “Avropa Birliyi başa düşməlidir ki, qadın hüquqlarının müdafiəsi Avropanın yaxın qonşularının ərazisində sekulyarlığın və demokratiyanın inkişafı, dini ekstremizmlə mübarizə sahəsində böyük gücdür. Avropanın yaxın qonşuluğunda yeganə müsəlman ölkəsi olan Azərbaycanın nəzərəçarpan səyləri Avropa Birliyi tərəfindən bəyənilməli və dəstəklənməlidir. Bu ölkənin qadın hüquqlarının müdafiəsi istiqamətində əldə etdiyi uğurlar model kimi istifadə olunmalıdır”.
Xatırladaq ki, məqalənin müəlliflərindən olan Anne-Marie Lizin “Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqa”nın koordinatorudur. Belçika Senatının fəxri prezidenti, 1979-1988-ci illərdə Avropa Parlamentinin üzvü olub. Digər həmmüəlliflər Belçikalı ekspert Reine Marcelis qadın və kişi bərabərliyi sahəsi üzrə tanınmış QHT sədri, Fransalı ekspert Patricia Lalonde isə Ərəb Ölkələrində Qadın Hüquqlarının müdafiəsi təşkilatının rəhbəridir.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info