Qaradağ rayonunda ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilib
Tarix: 09.10.2014 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


Oktyabrın 9-da Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis olunaraq ehtiyata keçirilmiş bir qrup hərbi vəzifəli ilə görüş keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qaradağ Rayon İcra Hakimiyyətinin və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında ümummilli liderin büstü önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov gənclərin müqəddəs bir vəzifəni yerinə yetirərək ordu sıralarında vətəni qoruduqlarını bildirib. Onlar bu müddətdə qazandıqları hərbi bilik və bacarıqlarla işğal olunmuş torpaqlarımızı hər an azad etməyə qadirdirlər. O qeyd edib ki, hal-hazırda bütün sahələrdə olduğu kimi, qüdrətli və nizami orduya malik olmağımız da məhz ulu öndər Heydər Əliyevin zəngin əməyinin bəhrəsidir.
Milli Məclisin deputatı Mixail Zabelin Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən söz açaraq, cəbhə bölgəsində düşmənlə üz-üzə dayanan hər bir gəncin mərdlik nümunəsi göstərdiyini vurğulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Rövşən Əlvəndov hərbi vətənpərvərlik tərbiyəsinin prezident İlham Əliyev tərəfindən Xidmət qarşısında qoyulan bir nömrəli vəzifə olduğunu qeyd edib. O, ordu sıralarından tərxis olunan gənclərin qarşılanma mərasimində ictimaiyyət nümayəndələrinin fəal iştirakının vətənpərvərlik tərbiyəsi işinə böyük dəstək olduğunu, bu tədbirlərin bir ənənə halını alacağını bildirib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Novruz Rəhimov rayon ərazisindən hərbi xidmətə gedən gənclərin hər zaman yüksək əhval-ruhiyyədə yola düşməsini onların Vətənə, dövlətə sadiq olmalarının göstəricisi kimi qiymətləndirib. Gənclərin Vətən qarşısında borclarının yerinə yetirməyinin təkcə hərbi xidmət keçməklə məhdudlaşmadığını deyən idarə rəisi bildirib ki, onlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunmuş səfərbərlik tapşırığına əsasən ehtiyatda olan hərbi vəzifəli kimi tapşırıqların yerinə yetirilməsində də yaxından iştirak etməlidirlər.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və digər çıxışçılar ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən danışıblar.
Görüşdə iştirak edən ordudan tərxis olunmuş bir qrup gənc torpaqlarımızın azadlığı uğrunda mübarizəyə, ən vacib döyüş tapşırığını yerinə yetirməyə hər zaman hazır olduğunu bildirib.
Sonda Rayon İcra Hakimiyyəti tərəfindən gənclərə hədiyyələr, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsi tərəfindən hərbi biletlər, Rayon İcra Hakimiyyətinə və rayonun qabaqcıl orta məktəblərinə “Hər şey qələbə üçün!” adlı kitab hədiyyə olaraq təqdim edilib.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi






 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi icra edilir
24.05.2019
Vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib
23.05.2019
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23.05.2019
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10786

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info