Azərbaycan nümayəndə heyəti Avstriyanın Krems İMC Tətbiqi Elmlər Universitetində olub
Tarix: 09.10.2014 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


ATİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti bugünlərdə Avstriyanın Krems İMC Tətbiqi Elmlər Universitetində (İMC TEU) təşkil olunan xüsusi tədbirin iştirakçısı olub. Dünyanın nüfuzlu ali təhsil ocaqlarının, elm mərkəzlərinin və sənaye müəssisələrinin məsul təmsilçilərinin iştirak etdiyi tədbir Azərbaycan Turizm İnstitutu (ATİ) ilə sıx əməkdaşlıq edən ali təhsil ocağı - İMC Tətbiqi Elmər Universitetinin yaradıcısı və prezidenti cənab Heinz Boyerin uzun illər icra etdiyi vəzifəsinin başa çatması şərəfinə həsr olunub. Nazir Əbülfəs Qarayevin universitet rəhbərliyi ilə xüsusi görüşü oldu. Nazir bildirdi ki, ölkəmizdə təhsilin, eləcə də turizm təhsilinin inkişafında ölkə Prezidenti İlham Əliyevin xidməti və qayğısı böyükdür. Azərbaycan Turizm İnstitutunun fəaliyyəti və yarandığı ilk gündən beynəlxalq aləmdə uğur qazanması da məhz ölkə Prezidentinin bu sahəyə verdiyi xüsusi önəmin göstəricisidir. Bunun sayəsində Azərbaycan ali təhsil tarixində ilk dəfə ikili diplom praktikasi məhz ATİ-də tətbiq olunmaga başladı. Bu proqramın məzunları artıq turizm sənayesində aparıcı mövqelərə çıxmaqdadırlar. “Biz – cənab Heinz Boyer Sizin simanızda rəhbərlik etdiyiniz ali təhsil ocağı ilə əməkdaşlıqdan çox məmnunuq. Turizm təhsili sahəsində qazanılan hər bir uğurumuzda sizlərin də əvəzsiz əməyi var, bu sahəni həyat amalı seçən gənclərimizin ixtisaslı kadr kimi mövqe tutmasında sizlərin rolunu yüksək qiymətləndiririk”. Nazir Əbülfəs Qarayevin Heinz Boyerin şərəfinə təşkil olunan mərasimdə iştirakı və çıxışı xüsusi rəğbətlə qarşılandı. 500 nəfərdən çox hörmətli qonağın iştirakı ilə baş tutan tədbirdə ilk müsahibə imkanı verilən ATİ rektoru professor Cəfər Cəfərov ATİ ilə İMC TEU arasındakı əlaqələrin həm Azərbaycan, həm də rəhbərlik etdiyi ali təhsil ocağı üçün faydasından söz açıb. O tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, iki ali təhsil ocağı arasında 2007 və 2011-ci ildə imzalanan “Turizm və qonaqpərvərlik xidməti üzrə təhsil sahəsində əməkdaşlıq müqaviləsi” və 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin və Avstriyanın Prezidenti Haynts Fişerin iştirakı ilə imzalanan “Magistratura sahəsində əməkdaşlıq sazişi” uğurla davam etdirilir. İndiyədək institutun bakalavr pilləsində 94 tələbəsi iki diploma sahiblənməklə bərabər, həm xaricdə, həm də ölkə daxilində məşhur turizm sənaye müəssisələrində aparıcı mövqe tuturlar. Bu fakt İMC TEU-nun və ATİ-nin təhsil sahəsində 7 ildir davam edən birgə layihəsinin uğurudur. İnamla deyə bilərəm ki, İMC TEU arasında ilkin əlaqələrin qurulmasında məhz nazir Əbülfəs Qarayevin əvəzolunmaz xidməti sayəsində yaranmış əməkdaşlıq bugün ölkələr arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə böyük təkan verib. Elm, təhsil sərhəd tanımır. Bu baxımdan universitetlərlararası əməkdaşlıq əlaqələrində tələbə - müəllim mübadiləsinə xüsusi önəm verilməsi hər iki tərəf üçün faydalı olub. Biz sizlərdən öyrəndiyimiz kimi sizlər da bizim dəyərlərimizə bələd oldunuz. Bugünkü tədbir İMC TEU ilə yaxından əməkdaşlıq əlaqələri quran və davam etdirən hər bir ali təhsil ocağının uğuru və bayramıdır. Onu da qeyd edək ki, ATİ rektoru C. Cəfərov Avstriya səfərində Tailandın Xristian universiteti, Vyetnamın Hanoy Universiteti və Ukraynanın KROK Universitetinin rektorları ilə beynəlxalq əlaqələrin qurulması istiqamətində işgüzar danışıqlar aparıb. O cümlədən Avstriyanın Semmerinq Turizm Kolleci ilə Azərbaycan Turizm İnstitutunun nəzdində olan Bakı Turizm Peşə məktəbi arasında əlaqələrin qurulması məsələləri də nəzərdən keçirilib.
Nigar






 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info