Uorlik Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşəcək
Tarix: 09.10.2014 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi ilə görüşü nəzərdə tutulur.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.
Səfirliyin mətbuat xidməti C. Uorlikdən sitat gətirib: “Mən yenidən Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşməyi səbirsizliklə gözləyirəm. Həmsədrlər bundan əvvəl Bakıya təşkil olunmuş səfərdə onlarla görüşmüşdülər və mən inanıram ki, biz açıq dialoqu davam etdirə bilərik. Mən münaqişədən zərər görən istənilən qrupla görüşməyə hazıram və münaqişəni sülh yolu ilə həll etmək üçün əlaqə saxladığımız insanların fikirlərini eşitmək imkanını yüksək qiymətləndirirəm”.
C. Uorlikin Bakıya səfəri və Dağlıq Qarabağın azərbaycanlı icması ilə keçirəcəyi görüşün vaxtı barədə məlumat verilməyib.
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov isə deyib ki, sonuncu dəfə həmsədrlərlə görüş üç ay əvvəl olub: “Ümumiyyətlə, bu görüşlər çox zaman nəticəsiz keçib. Onların fəaliyyətindən narazıyıq. Nə qədər ki, biz öz evimizə qayıtmamışıq, razı olmayacağıq. İstəyirik ki, ilk növbədə qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələsi qabardılsın”.
B. Səfərov C. Uorlikin bu yaxınlarda “Dağlıq Qarabağın de-fakto rəhbərliyinin səsini eşitmək lazımdır” sözlərinə də toxunub: “Bizim də səsimiz eşidilməlidir. Amma təəssüf ki, həmsədrlər tərəfindən bu istiqamətdə yetərincə səy görmürük. İcmaların görüşü barədə məsələ gündəmdə idi. Biz bunu çox istəyirik, rəsmi Bakı da dəstəkləyir. Hələ bu cür görüşlər baş tutmur, çünki Ermənistan hakimiyyəti əngəllər törədir. Əgər Ceyms Uorlik bizimlə görüşmək istəyirsə, əvvəlcədən demək istərdim ki, bizim mövqeyimiz dəyişməz qalır və Azərbaycanın siyasətini dəstəkləyirik. Həmsədrlər qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıtmasını gündəmdə saxlamalıdır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info