Parxomenko bacıları milli ilə vidalaşdı
Tarix: 09.10.2014 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Yelena və Oksana Parxomenko bacıları Azərbaycan milli komandasında çıxışlarını başa vurublar. Bu barədə Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytında xüsusi yazı dərc edilib.
Yazıda bildirilir ki, millimiz növbəti ciddi sınağına - Avro-2015-in pley-off mərhələsinə bacılarsız qatılacaq. Onlar bu qərarı hazırda İtaliyada davam edən, lakin Azərbaycanın vidalaşdığı Dünya Çempionatında veriblər. CEV-in rəsmi saytı bacıların karyerasına da yer ayrılıb. Belə ki, 30 yaşlı Oksananın 1998-ci ildə əsas komandamızda debütü və 2006-cı ildən kapitan funksiyasını yerinə yetirməsi vurğulanıb. Azərbaycan, Türkiyə, İsveçrə və Rusiya klublarında oynayan toppaylayıcımızın 2002-ci ildə “Azərreyl”lə “Top-komandalar” kubokunu da qazanması qeyd olunub. 32 yaşlı Yelena isə 2003-cü ildən millimizin şərəfini qoruyur. 1999-cu ildən klub karyerasına start verən blokçu 2002-də “Azərreyl”lə “Top-komandalar” kubokuna, 10 il sonra “Lokomotiv”lə “Çelenc Cup”a sahib olub. Qeyd edək ki, millidə titulu olmayan Parxomenkolar klub karyeralarını davam etdirəcəklər. Yeni mövsümdə Oksana “Azəryol”la Çempionlar Liqasında, Yelena isə “İqtisadçı” ilə CEV kubokunda oynayacaq.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info