“Yeddi gözəl”in ABŞ-da ilk dəfə səhnəyə qoyulması böyük mədəniyyət hadisəsidir”
Tarix: 10.10.2014 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi Gözəl” baletinin oktyabrın 11-də ABŞ-ın San Dieqo şəhərində tamaşaya qoyulması münasibətilə Kaliforniya qanunverici orqanının alt palatası olan Ştat Assambleyasının spikeri Toni Atkins qətnamə imzalayıb. Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, qətnamədə baş konsulluğun təşkilatçılığı və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Yeddi gözəl” baletinin ABŞ-da ilk dəfə səhnəyə qoyulması böyük mədəniyyət hadisəsi kimi qiymətləndirilir.
Həmçinin Azərbaycanın böyük şairi Nizami Gəncəvi və dahi bəstəkarı Qara Qarayevdən bəhs edilərək, “Yeddi gözəl” baletində güclü poetik və musiqi vəhdətinin olduğu qeyd olunur, əsərdə multikulturalizmin və tolerantlığın tərənnümü, etnik müxtəlifliyin təntənəsi kimi keyfiyyətlərin nümayiş etdirildiyi vurğulanır.
Qətnamədə “Yeddi gözəl” baletinin 1952-ci ildə Q.Qarayev tərəfindən bəstələndikdən sonra tarixdə ilk dəfə ABŞ-ın böyük səhnəsində tamaşaya qoyulduğu bildirilir: “ABŞ və Azərbaycan arasında münasibətlər 20 ildən çoxdur ki, davam edir. Bu münasibətlər iki ölkə arasında qarşılıqlı mənafelərə, faydalı tərəfdaşlığa yönəlik hədəfləri əhatə edir. Azərbaycan Kaliforniya ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verir”. Kaliforniya Ştat Senatı adından isə qətnaməni senator Marti Blok imzalayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info