“Bakı Forumu dünya elitası nümayəndələrinin bir araya gəldiyi sanballı tədbirdir”
Tarix: 10.10.2014 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


“Zənnimcə, Bakı Beynəlxalq Humanitar Forumu dünya elitası nümayəndələrinin, o cümlədən Nobel mükafatı laureatlarının bir araya gəldiyi sanballı tədbirdir. Forum çox yaxşı səviyyədə təşkil olunmuşdu”.
Bu fikri Estoniyanın dövlət və siyasi xadimi, Tallinin keçmiş meri, Estoniya Milli Ensiklopediyasının rəhbəri Hardo Aasmyae səsləndirib. Estoniya siyasətçisi deyib: “Mən medianın rəqəmsal dövrə transformasiyası: yeni inkişaf meyilləri” mövzusunda sessiyanın işində iştirak etdim. Burada müasir mediaməkanın problemləri, KİV-lərin rəqəmsal dövrdə rolu müzakirə edilirdi. Məni ilk növbədə cəmiyyətin informasiyalaşdırılması ilə əlaqədar dünyada baş verən dönüş prosesləri maraqlandırırdı. İnformasiyanın hansı şəkildə verilməsi və bu zaman hansı problemlərin yaranması, informasiyanın maarifləndirmədən tutmuş informasiya texnologiyalarına qədər cəmiyyətin həyatının müxtəlif sahələrinə necə təsir göstərməsi barədə danışılanları dinləmək maraqlı idi”.
H.Aasmyae deyib ki, Azərbaycan Prezidentinin nitqi güclü təsir bağışladı: “O, belə tədbirlərin keçirilməsində Azərbaycanın maraqlarının nədən ibarət olduğunu aydın izah etdi. Cəmiyyətdə multikulturalizm problemlərinə toxunan Prezident Azərbaycanın ərazi bütövlüyünün pozulması faktlarını qabartdı”.
Azərbaycan paytaxtı ilə bağlı təəssüratlarını bölüşən H.Aasmyae vurğulayıb ki, ilk dəfə Bakıya 43 il əvvəl bərə ilə gəlib. Estoniya siyasətçisi deyib: “Heç şübhəsiz, şəhər şox dəyişib. Səliqə-sahmanlı sahil bağında gəzişmək çox xoş idi. Retro üslubunda küçə fənərlərinin işığı şəhərə çökən qaranlığın fonunda sanki rəqs edirdi”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info