Türkiyədə toqquşmalarda ölənlərin sayı 32 nəfərə çatıb
Tarix: 10.10.2014 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Türkiyədə PKK terror təşkilatı tərəfdarı ilə kürdlərdən ibarət olan İslamçı HÜDAPAR (Hür Dava Partiyası) tərəfdarları arasında baş verən toqquşmalarda ölənlərin sayı 32 nəfərə çatıb. Bu barədə Türkiyənin "Kanal7" telekanalı məlumat verib.
Məlumata əsasən, dünən gecə saatlarında baş verən toqquşmalarda 10 nəfər ölüb. Ölənlərdən ikisinin Səudiyyə Ərəbistanı vətəndaşı olduğu bildirilir.
Qeyd edək ki, Türkiyənin 6 əyalətində PKK tərəfdarlarının başlatdığı etiraz aksiyalarından sonra - oktyabrın 8-dən komendant saatı elan edilmişdi. Komendant saatı Diyarbəkir, Mardin, Siirt, Muş, Van və Batman əyalətində tətbiq edilib.
Məhz bu bölgələrdə etirazlar və iğtişaşlar daha geniş vüsət alıb. Etirazçılar mağazalara və bələdiyyə əmlakına ciddi zərər vurub, polis əməkdaşlarını daş-qalaq edib. Etirazçılar həmçinin yandırıcı maye ilə doldurulmuş şüşə qablarından istifadə edərək bina və obyektlərə, avtomobillərə od vurublar.
Etiraz aksiyalarında əsasən yerli kürdlər, kürdyönümlü partiyaların və PKK-nın tərəfdarları iştirak edirlər. PKK tərəfdarlarının keçirdiyi etiraz aksiyalarını əleyhinə olaraq kürdlərdən ibarət islamçı HÜDAPAR (Hür Dava Partiyası) tərəfdarları da etiraz aksiyalarına başlayıblar. Suriyanın Kobani şəhəri ətrafında yaranmış vəziyyətin iğtişaşlara əsas səbəb olduğu bildirilir.
Türkiyə rəsmiləri toqquşmaların Kobani ilə deyil, 2009-cu ildə başladılan kürdlərlə barışığı nəzərdə tutan "Demokratik açılım" prosesinin baş tutmaması üçün edildiyini bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info