Yeni yol ötürücüsü inşa edilir
Tarix: 10.10.2014 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrliyində yerləşən mövcud yol ötürücüsünə paralel olaraq yenisi inşa edilir. Artıq yeni 3 aşırımlı yol ötürücüsündə svay işləri başa çatdırılıb. Bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hazırda özülün armatur dəmir karkası yığılır: "Bu işlərdən sonra betonlama işlərinə və dayaq gövdəsinin tikintisinə başlanılacaq. Eyni zamanda, nəqliyyat vasitələrinin müxtəlif istiqamətlərə hərəkətini asanlaşdırmaq məqsədilə yeni qovşaq da salınacaq. Qabariti 20 m, yerdən hündürlüyü 5 m-dən artıq nəzərdə tutulan yol ötürücüsü Bilgəh istiqamətindən gələn nəqliyyat vasitələrinin Bakı-Şamaxı-Yevlax avtomobil yoluna, mövcud yol ötürücüsü isə Bakı-Şamaxı-Yevlax avtomobil yolundan gələn nəqliyyat vasitələrinin Bilgəh istiqamətinə çıxışını təmin edəcək".
Məlumat üçün qeyd edək ki, hazırda sözügedən yolda yerləşən mövcud yol ötürücüsü Xırdalan şəhərindən Bakı və Sumqayıt istiqamətinə gedən nəqliyyat vasitələrinin əsas magistralla müxtəlif səviyyəli kəsişməsini təmin edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info