MDB Dövlət Başçıları Şurası Minskdə 17 sənədə baxacaq
Tarix: 10.10.2014 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Minskdə keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasında humanitar, təhlükəsizliyin təminatı və digər sahələrdə dövlətlərarası əməkdaşlığın gələcək inkişafına yönəldilmiş 17 sənədə baxılacaq. “Trend” xəbər verir ki, bu barədə BELTA MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Xüsusilə MDB-nin iştirakçısı olan dövlətlərin 2015-2019-cu illərdə qanunsuz miqrasiyaya qarşı fəaliyyətə dair əməkdaşlıq proqramının layihəsinə baxılacağı gözlənilir. Sənəd miqrasiya siyasətinin təkmilləşdirilməsi və uyğunlaşdırılmasına, Birlik dövlətlərinin milli qanunvericiliyinin yaxınlaşdırılması və təkmilləşdirilməsinə, beynəlxalq hüquqi bazasının inkişafına yönəlib. O, MDB ölkələrinin dövlət sərhədlərində sərhəd və miqrasiya nəzarətinin təkmilləşdirilməsini, birgə və ya uyğunlaşdırılmış profilaktik, operativ-axtarış tədbirlərinin, xüsusi əməliyyatların və s. keçirilməsini nəzərdə tutur: "Sənəd Birlik dövlətlərinin bu sahədə əməkdaşlığının hüquqi bazasının təkmilləşdirilməsi üzrə geniş tədbirlər kompleksindən ibarətdir".
Təhlükəsizlik sahəsində sənəd layihələri sırasında MDB dövlətlərinin xarici sərhədlərində sərhədlərin təhlükəsizliyinə təhdidlərə çevik reaksiya göstərilməsi üçün sərhəd idarələrinin mütəxəssislərindən ibarət qrupun formalaşdırılması və işləməsi qaydaları haqqında saziş, narkotiklər üzərində beynəlxalq nəzarət sisteminin saxlanması və möhkəmləndirilməsi haqqında bəyanat; insan alverinə qarşı mübarizədə qarşılıqlı fəaliyyətdə əməkdaşlığın konsepsiyası və s. var.
Məsələlərin xeyli hissəsi humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinə yönəldilib.
Birliyin fəaliyyətinin hüquqi təminatı sahəsində ayrıca blokda hüquqi aktların və başqa sənədlərin vahid reyestri çərçivəsində MDB-nin müqavilə-hüquq bazasının inventarizasiyası haqqında məsələlərə baxılacağı da ğözlənilir.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb
21.01.2019
Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib
21.01.2019
Erməni politoloq: Paşinyanı çətin günlər gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info