“Bu məsuliyyətə baxmayaraq, Ermənistan nümayəndə heyəti iclasa gəlməkdən imtina etdi”
Tarix: 10.10.2014 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


MDB Parlamentlərarası Assambleyanın (PA) Mədəniyyət, İnformasiya, Turizm və İdman Komissiyasının Bakıda keçirilən iclasına MDB-yə üzv ölkələrdən Ukrayna və Ermənistanın nümayəndə heyətləri iştirak etmir.
Komissiyanın katibi Konstantin Pşenko açıqlamasında bildirib ki, Ukrayna iclasa qatılmaqdan imtina səbəbi kimi bu ay keçirilən parlament seçkilərinə hazırlığı göstərib.
Ermənistana da tədbirlə bağlı rəsmi dəvət göndərildiyini bildirən K.Pşenko onların gəlməkdən imtina etdiklərini deyib: “Nəzərə alaq ki, Ermənistan parlamentinin Hüquq komitəsinin sədri Tiqran Urixanyan bu Komissiyanın sədr müavinidir, digər müavinimiz isə azərbaycanlı deputat Elmira Axundovadır. Amma bu məsuliyyətə baxmayaraq, Ermənistan nümayəndə heyəti iclasa gəlməkdən imtina etdi və səbəbi izah etmədilər. Hərçənd Azərbaycan tərəfi həmişə olduğu kimi, bütün təhlükəsizliyə təminat verirdi”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info