Moskvada “Azərbaycan günləri” keçirilib
Tarix: 10.10.2014 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Moskva məktəblərində şagirdlərə Azərbaycan haqqında məlumat verilir. Azərbaycan Slavyan gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdilinin verdiyi xəbərə görə, Rusiya paytaxtında Azərbaycan diasporu ölkənin təbliği baxımından fəaliyyətini davam etdirir. Belə ki, Rusiyadakı Ümumrusiya Azərbaycanlıları Konqresi, Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondu və Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının təşkilatçılığı ilə Moskva orta məktəblərində növbəti dəfə “Azərbaycan günləri” təşkil edilib.
Moskva vilayətinin Luberçi şəhərindəki orta məktəbdə təşkil olunmuş tədbirdə Moskva Millətlər Evinin nümayəndələri də iştirak ediblər. Çıxış edən Mixail İlyiç rusiyalı şagirdlərə Azərbaycan haqqında ətraflı məlumat verilməsinin əhəmiyyətini vurğulayıb, Moskva hökumətinin də bu layihəyə dəstək verdiyini qeyd edib.
Onun sözlərinə əsasən, I-IV sinif şagirdlərinə Azərbaycan dövləti və xalqı haqqında geniş məlumat verilir, videoçarxlar nümayiş olunur, uşaqlara Azərbaycanın milli rəqsləri öyrədilir.
Tədbir iştirakçısı olan uşaqlara Azərbaycan tarixi və memarlığı haqqında şəkillər göstərildikdən sonra onları maraqlandıran suallar cavablandırılıb.
Maarifləndirici tədbiri təhsil işçiləri də böyük maraqla qarşılayıblar.
Tədbirdə bu cür layihələrin çoxmillətli Rusiya Federasiyası üçün əvəzolunmaz olduğu diqqətə çatdırılıb.
Yığıncaqda məktəbin şagird və müəllim heyəti Azərbaycan mətbəxinin təamlarından dadıblar.
Sonda təşkilatçılar tərəfindən şagirdlərə məktəb ləvazimatları, Azərbaycandan bəhs edən ədəbiyyat paylanıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info