“Aqos” qəzeti Azərbaycan mətbuatına qarşı əks-təbliğat aparır
Tarix: 10.10.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Türkiyə ermənilərinin tribunu hesab olunan “Aqos” qəzetində Azərbaycan mətbuatına qarşı yeni əks-təbliğat kampaniyasına start verilib.
AzNews.az xəbər verir ki, bu qəzetdə işləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş müşaviri Qeybulla Qeybullayevin qızı Arzu Qeybullanın rəhbərliyi ilə başlayan bu kampaniyada ölkə mətbuatı haqqında xoşagəlməz ifadələrdən istifadə olunub.
Məsələ ilə bağlı bu gün nəşr oluna məqalənin müəllifi Fatih Gökhan Diler adlı şəxs yazır ki, azərbaycanlı yazarlar Elnur Eltürk və Elnur Hidayətoğlu adı çəkilən jurnalist haqqında təhqiramiz ifadələr işlətdikləri üçün, qəzet onun müdafiəsinə qalxıb: “Biz əməkdaşımız Arzu Qeybullayevin ağır bir kampaniyaya məruz qaldığını düşünərək, onun həyatının təhlükə qarşısında qalmasından narahatıq. İctimaiyyəti, jurnalistləri və media təşkilatlarını, həmkarımızı hədəfə alan hücumlar qarşısında səssiz qalmamağa çağırırıq”.
“Aqos” qəzetində dərc olunan məqalədə qeyd olunur ki, Azərbaycanda yayımlanan aznews.az, musavat.com, modern.az və.s. saytlar Arzu Qeybullanı düşmən mətbuatına işləməkdə ittiham edirlər.
Qeyd edək ki, Arzu Qeybulla həqiqətən də çalışdığı “Aqos” qəzetində Azərbaycan əleyhinə bir neçə məqalə və fikirlərlə çıxış edib.
Xatıradaq ki, bu qəzet 2007-ci ilin yanvar ayında İstanbulda qəzet ofisinin qarşısında naməlum şəxs tərəfindən qətlə yetirilən erməni əsilli türkiyəli jurnalist Hrant Dinkə məxsus olub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb
12.09.2019
“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
12.09.2019
Sosial mənzillərin növbəti satış tarixi məlum oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info