“Biz tərəfdaşlarımızla birlikdə “Maneəsiz Bakı“ təşəbbüsünə qoşulmağımızdan qürur duyuruq”
Tarix: 10.10.2014 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


ADA Universiteti açıq, beynəlmiləl və inklüziv cəmiyyətin yaradılmasının tərəfdarıdır. Bunu ADA Universitetin rektoru, səfir Hafiz Paşayev ADA Universiteti və UNİCEF-in təşkil etdiyi "Maneəsiz Bakı" "dəyirmi masa"sında çıxışı zamanı bildirib.
H. Paşayev qeyd edib: "Qüsurları olan tələbələrin xidmətlərimiz, proqramlarımız və fəaliyyətlərimizdən tam yararlanmaqla öz təhsil hüquqlarından maneəsiz şəkildə bəhrələnmələri əsas məqsədlərimizdən biridir. Yeni kampusumuzun qurulması zamanı məhz bu faktorları nəzərə almışıq. Məhz buna görə biz tərəfdaşlarımızla birlikdə "Maneəsiz Bakı" təşəbbüsünə qoşulmağımızdan qürur duyuruq”.
UNİCEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilaxadze öz çıxışında bildirib ki, regionda UNİCEF-in Əlilliyi olan İnsanların Hüquqları haqqında Bəyannaməsinə qoşulan ilk dövlətlərdən biri olan Azərbaycanda hal-hazırda fiziki məhdudiyyətlərinin olub-olmamasından aslı olmayaraq bütün uşaqların ayrı-seçkilik olmadan böyüməsi və ömür boyu eyni imkanlara malik olması sahəsində görülən işlər UNİCEF-i çox sevindirir: "Maneəsiz Bakı təşəbbüsü nəinki xüsusi ehtiyacları olan uşaqların, habelə əlilliyi olan anaların, ahıl insanların və fəhlələrin həyatlarında kəskin dönüş yaradacaq. Bununla belə, bu, bir çox insan üçün iş və xidmət yerlərinin açılması baxımından da biznesə müsbət təsir göstərəcək. Bu təşəbbüs, həmçinin Bakının gözəlliklərini daha geniş auditoriyaya nümayiş etdirəcək və şəhəri daha yaşlı turistlər üçün cəlbedici edəcəkdir. Bugünkü tədbirimizdə biz - hökumət orqanlarından tutmuş özəl sektora qədər bütün maraqlı tərəflər - maneəsiz Bakı və gələcəkdə maneəsiz Azərbaycana doğru prosesin başlanğıcının şahidiyik".
Tədbirin əsas məruzəçisi UNİCEF-in beynəlxalq eksperti, kanadalı doktor Kollin Haqs olub. O, ən mütərəqqi beynəlxalq təcrübələri və tələbləri təqdim etməklə rəhbər işçiləri Bakının nəinki ən gözəl şəhərlərindən birinə, habelə dünyanın ən qabaqcıl şəhərlərindən birinə çevrilməsinə çağırıb.
Yüksək səviyyəli hökumət nümayəndələri, habelə beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti təmsilçiləri "dəyirmi masa" arxasında Bakının həqiqi mənada maneəsiz şəhərə çevrilməsinə yönəlmiş təşəbbüslərin müzakirəsi üçün toplaşıblar.
Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, habelə Milli Paralimpiya Komitəsi tərəfindən dəstəklənən "dəyirmi masa" müzakirələri çox münasib bir zamanda - Azərbaycan paytaxtında 2015-ci ildə keçiriləcək Avropa Oyunların ərəfəsində baş tutur.
"Dəyirmi masa"nın əsas nəticələrindən biri Bakı şəhərinin daha maneəsiz edilməsi istiqamətində siyasi qərarların qəbul edilməsinə nail olmaqdır. Bu, xüsusilə qarşıdan gələn 2015-ci il Avropa Oyunlarının keçirilməsi munasibətilə Bakı Şəhəri Əlverişlilik məsələlərinə dair Əlaqələndirmə Qrupunun yaradılmasını nəzərdə tutur.
Görüşün yekunu olaraq, iştirakçılar tərəfindən Bakı Müəssərlik Bəyannaməsi imzalanıb.
Tədbir, həmçinin UNİCEF-in Uşaq Hüquqları Konvensiyasının 25-ci ildönümünə həsr olunmuş tədbirlər silsiləsinə daxildir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.12.2018
Gədəbəyin 8 yaşayış məntəqəsinə təbii qaz verilib
18.12.2018
72 nəfər Naxçıvana müalicə müəssisələrinə göndərilib
18.12.2018
423 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul edildi
18.12.2018
30-dan çox müəssisə 270 vakant iş yeri təklif edib
18.12.2018
Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat kredit verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info