“Sevinirəm ki, Azərbaycan bütün sahələr üzrə müasir dünya düzəninə sürətlə inteqrasiya edir”
Tarix: 10.10.2014 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


“Bu, mənim Naxçıvana ilk səfərimdir. Açığını deyim ki, muxtar respublikanın bu dərəcədə inkişaf etdiyini bilmirdim. Naxçıvana gəlməyim və muxtar respublikada sürətli inkişafı görməyim məni çox sevindirdi. Sevinirəm ki, Azərbaycan Respublikası bütün sahələr üzrə müasir dünya düzəninə sürətlə inteqrasiya edir”.
Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunun bir qrup iştirakçısı arasında Naxçıvanda olan Türkiyənin Orta Doğu Texniki Universitetinin beynəlxalq münasibətlər kafedrasının müdiri Hüseyn Bağcı deyib.
“Naxçıvan elm və mədəniyyət baxımından da çox böyük inkişaf yolu keçib. Biz səfər müddətində bir daha bunun şahidi olduq”,- deyən Hüseyn Bağcı əlavə edib ki, Forumun iştirakçıları Naxçıvan Dövlət Musiqili Dram Teatrında Dövlət Filarmoniyasının orkestri solistlərinin iştirakı ilə keçirilən konsert proqramını izlədikləri zaman təəccüblərini gizlədə bilmədilər. Qonaqlar muxtar respublikada mədəniyyətin, incəsənətin bu cür yüksək səviyyədə inkişafına heyran qaldılar.
H.Bağcı onu da bildirib ki, indiyədək iştirak etdiyim bütün beynəlxalq tədbirlərdə Azərbaycanın təcavüzə məruz qaldığını, Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadada saxlanıldığını daim yüksək səslə ifadə etmişəm və bunun çox böyük ədalətsizlik olduğunu dilə gətirmişəm. Bundan sonra da bu faktları yüksək səslə dilə gətirəcəyəm. Bunu da deyəcəyəm ki, Ermənistanın 23 ildir blokadada saxladığı muxtar respublika çox sürətlə inkişaf edib, çiçəklənib. Qoy görsünlər ki, yağı düşmən tərəfindən Naxçıvana qarşı həyata keçirilən saysız-hesabsız fitnə-fəsadlar onu inkişaf yolundan döndərə bilməyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info