VIII Azərbaycan Beynəlxalq “Təhsil” və VIII Azərbaycan Beynəlxalq “Karyera” sərgisi başlayıb
Tarix: 10.10.2014 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Sərgilərin açılışında çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, təhsil islahatlarının uğurla həyata keçirilməsi hamının birgə səylərindən asılıdır. Onun sözlərinə görə, burada təhsil müəssisələri ilə biznes sektoru, işəgötürənlər arasında sıx əlaqə qurulmalıdır: “İslahatların uğuruna yalnız hökumətin öhdəliyi kimi baxmaq lazım deyil. Burada hər birimizin, xüsusilə də işəgötürənlərin səyləri vacibdir. Bu sərginin genişlənməsi nəticəsində bizneslə təhsil sektoru arasında əməkdaşlıq genişlənəcək və biz Azərbaycanın daha da inkişaf etdirilməsi baxımından yeni layihələrin həyata keçirilməsinin əsasını burada qoyuruq”.
Nazir müavini qeyd edib ki, təhsil və karyera sərgisi Azərbaycanda bu sahədə həyata keçirilən yeni layihələr, Azərbaycan təhsil sisteminin imkanları barədə geniş məlumat verir.
Qeyd edək ki, bu il “Təhsil” və “Karyera” sərgilərinə dünyanın 20 ölkəsindən 122 iştirakçı qatılıb. Eksponentlərin siyahısında Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Təfəkkür Universiteti, Bakı Biznes Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, “CELT” və ölkənin bir sıra digər təhsil müəssisələri var. Sərgidə Azərbaycan Respublikası Təhsil Nazirliyi də iştirak edir və onun stendində qarşıdan gələn illər üçün təhsil nazirliyinin plan və proqramları barədə məlumatlar nümayiş etdirilir. 8-ci “Təhsil” və “Karyera” sərgiləri oktyabrın 12-dək davam edəcək. “Karyera” sərgisinə giriş iş axtarışında olan hər kəs üçün, “Təhsil” sərgisi isə yalnız sənaye peşəkarları, tələbə və abituriyentlər, habelə 10 və 11-ci sinif şagirdləri və onların valideynləri üçün açıqdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info