“Aktuar hesablamalar kursları”nın 4a mərhələsi keçiriləcək
Tarix: 10.10.2014 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


21 oktyabr – 11 noyabr 2014-cü il tarixlərində Maliyyə Nazirliyinin dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə “Aktuar hesablamalar kursları”nın 4a mərhələsi keçiriləcək. Kurs Aktuarlar Assosiasiyasının təcrübəli mütəxəsissləri tərəfindən tədris ediləcək. Kurs 3 həftə ərzidə həftədə 5 dəfə (1-ci – 5-ci günlər) olmaqla 2 qrupda səhər (09:00-13:00) – günorta (14:00-18:00) növbələrində keçiriləcək. Kursda 1-ci kursu müvəffəqiyyətlə bitirmiş şəxslər iştirak edə bilər. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat veriləcək. Kurs aşağıdakı mövzuları əhatə edir:
1.Həyat sığortasının məhsulları. Qiymətəmələgəlmə
2. Öhdəliklərin (ödənişlərin) qiymətləndirilməsi
3. Həyat sığortasında aktuar modelləşdirməsi. Həyat sığortası fondlarına investisiya qoyuluşu
4. Annuitetlər
5. Təcrübənin monitorinqi və analizi
6. İstiqrazlar
7. Həyat sığortası şirkətləri. Həyat sığortasında vergi məsələsi
8. Ehtimallı annuitetlər
9. Kollektiv həyat sığortası müqavilələri
10. Tibbi sığorta
11. Professionallıq
12. Keçilən mövzuların icmalı
13. Yekun imtahan
Kurs Azərbaycan Sığortaçılar Assosiasiyasının ofisində (ünvan: Babək prospekti, Babək Plaza, blok 8a) keçiriləcək. Kursda iştirak haqqı tələbələr üçün 20 AZN, tələbə olmayan və hüquqi təşkilatlarda çalışan şəxslər üçün 200 AZN təyin edilib. Kursda iştirak etmək istəyən şəxslər kursun növbəsini seçib özləri haqqında ətraflı məlumatları (ad, soyad, əlaqə nömrəsi, iş yeri, email) Sığortaçılar Assosiasiyasının rəsmi ünvanına və ya mail ünvanına (office@asa.az ) 15 oktyabr 2014-cü il tarixidək göndərməyiniz xahiş olunur.
İlkin




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info