Azərbaycana ən çox turist MDB ölkələrindən gəlir
Tarix: 10.10.2014 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


MDB ölkələri ilə əməkdaşlıq turizm sahəsində Azərbaycanın siyasətinin prioritetlərindən biridir. Bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Bakıda keçirilən MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının iclasında deyib. Onun sözlərinə görə, Azərbaycana ən çox turistlərin gəldiyi ölkələr Rusiya, Ukrayna, Qazaxıstan və MDB-nin digər ölkələridir: "2013-cü ildə Azərbaycana gəlmiş 2,5 milyondan çox əcnəbi vətəndaşın təqribən 40 faizi MDB ölkələrinin vətəndaşlarıdır". Nazir müavini qeyd edib ki, Rusiyadan Azərbaycana gəlmiş əcnəbi vətəndaşların sayında artım 3,1 faiz, Qazaxıstan üzrə 11,6 faiz, Belarus üzrə 17,2 faiz, Ukrayna üzrə isə 22,2 faiz təşkil edib. Komissiya iclasının proqramı çərçivəsində elektron hökumət, elektron sənədlərin transsərhəd informasiya mübadiləsi, xüsusi rabitə göndərişləri üzrə dövlətlərarası mübadiləsi, könüllülük, turizm fəaliyyəti, vicdan azadlığı, dini inanc və dini təşkilatlar, internetin tənzimlənməsinin əsasları haqqında model qanunların müzakirəsi keçiriləcək. Həmçinin MDB dövlətlərinin mədəni irsinin qorunması haqqında konvensiya layihəsi hazırlanacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info