Azərbaycanda uşaq əməyinin istismarı halları azalıb
Tarix: 10.10.2014 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) uşaq əməyinə dair Avropa, Mərkəzi Asiya və ərəb ölkələri üzrə proqram rəhbəri xanım Snezhina Bedalli ilə görüşüb. İ.İsayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ölkədə uşaqların müdafiəsi sahəsində də uğurlu siyasətin aparılmasına şərait yaratdığını vurğulayıb. Nazir müavini milli qanunvericilikdə uşaq əməyinə münasibətdən söz açaraq bildirib ki, BƏT-in Azərbaycan tərəfindən ratifikasiya olunmuş 138 nömrəli Konvensiyasına uyğun olaraq, ölkənin Əmək Məcəlləsində uşaqların işə qəbulu üçün minimum yaş həddi 15 yaş müəyyən olunub. Həmçinin Konvensiyadakı müvafiq prinsip əsasında, Məcəllədə yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, əmək şəraiti, iş vaxtının, əmək məzuniyyətinin vaxtı, müddəti və s. baxımından onlar üçün müvafiq təminatlar, güzəştlər əksini tapıb.Nazir müavini işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə, habelə onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə ölkəmizin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəza tədbirlərini diqqətə çatdırıb. O bu sahəyə dövlət nəzarətinin daim gücləndiyini, artıq uşaq əməyinin istismarı hallarının getdikcə azaldığını qeyd edib.
İ.İsayev Azərbaycanda tətbiqinə başlanan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi (EİS) barədə də məlumat verərək bildirib ki, sistemdə artıq 1,3 milyondan artıq əmək müqaviləsi bildirişi qeydə alınıb. Əmək bazarı ilə bağlı geniş informasiya bazasını, həmçinin işçilərin yaş həddini, fotoşəkillərini özündə əks etdirən bu sistem eyni zamanda uşaq əməyinin istismarı hallarının da dərhal aşkar olunmasına imkan verəcək.
Xanım S.Bedalli Azərbaycanda uşaq əməyinin istismarı hallarının aradan qaldırılması sahəsində aparılan işlərin məmnunluq doğurduğunu və BƏT-in gələcəkdə bu işlərdə ölkəmizə dəstək verməyə hazır olduğunu qeyd edib. O, qarşıdakı dövrdə ölkəmizdə uşaq əməyi ilə bağlı aidiyyatı təşkilatların təmsil olunduğu əlaqələndirmə komitəsinin yaradılması, habelə uşaq əməyinə dair sorğunun keçirilməsi, uşaq əməyininin istismarına qarşı mübarizə sahəsində çalışanların peşəkarlığının artırılması üçün təlim və treninqlərin təşkili kimi təkliflərini səsləndirib. Bu istiqamətlərdə görüləcək işlərdə BƏT tərəfindən müəyyən dəstəyin veriləcəyini bildirən xanım S.Bedalli bildirib ki, Azərbaycanda tətbiq olunan əmək müqaviləsi bildirişi üzrə EİS olduqca önəmli bir islahat tədbiri kimi böyük önəm kəsb edir və BƏT tərəfindən yüksək dəyərləndirilir. Fəaliyyət sahəsi olan Avropa, Mərkəzi Asiya və ərəb ölkələrində belə bir mütərəqqi sistemlə rastlaşmadığını qeyd edən xanım S.Bedalli Azərbaycanın bu sahədəki uğurlu təcrübəsinin digər bir çox ölkələr üçün də nümunə ola biləcəyini vurğulayıb.
Görüşdə qeyd olunan təkliflərlə bağlı fikir mübadiləsi aparılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info