Ölkədə il ərzində 50-yə yaxın müxtəlif səviyyədə beynəlxalq tədbir keçirilir
Tarix: 10.10.2014 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Azərbaycanda il ərzində 40-dan 50-dək müxtəlif səviyyədə beynəlxalq tədbir keçirilir. Bu barədə Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev Bakıda MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının iclasında deyib.
Onun sözlərinə görə, idman siyasəti Azərbaycanın prioritetlərindən biridir: "Təkcə cari ilin doqquz ayı ərzində ölkədə 120 respublika miqyaslı və 32 beynəlxalq yarış keçirilib".
Nazir müavini qeyd edib ki, əgər 1992-ci ildə azərbaycanlı idmançılar beynəlxalq yarışlarda 23, 2002-ci ildə 175 medal qazanmışdılarsa, 2013-cü ildə bu göstərici 782-yə çatıb.
İ.Babayev idman sahəsində dövlət proqramlarının qəbul edilməsi və yerinə yetirilməsi haqqında da danışıb.
Komissiyanın iclası çərçivəsində elektron sənədlərlə transsərhəd informasiya mübadiləsi, volontyor fəaliyyəti, internetin tənzimlənməsinin əsasları haqqında və digər qanunların müzakirəsi keçiriləcək. Eləcə də MDB ölkələrinin mədəni irsinin qorunması haqqında Konvensiyanın layihəsi də işlənib hazırlanacaq.
İslas zamanı komissiyanın sədri Yevgeni Tarlo yenidən sədr postuna seçilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info