Bağbanlı kəndini təmsil edən “Odlar Yurdu” adını finala yazdırdı
Tarix: 10.10.2014 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin qalibi olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qubada reallaşdırılan intellektual çoxnövçülük üzrə “Bahar kuboku-2014” layihəsinin növbəti tədbiri Quba rayonunun Zərdabi kəndində baş tutub. Seçim turunda 5 kənd məktəbini təmsil edən 6 komandanın tərkibində birləşən 36 nəfər yeniyetmə və gənc iştirak edib. Təşkilatın sədri Ramin Mahmudovun verdiyi məlumata görə, açılış mərasimində iştirakçılara Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətindən, müxtəlif qrant müsabiqələrindən, gənclərə yaradılan imkan və şəraitdən danışılıb, “Yurd” GİİD İB-nin icra etdiyi bu layihənin əhəmiyyəti və qaydaları barədə məlumatlar verilib. Bildirilib ki, layihənin əsas məqsədi gənclərin intellektual bacarıqlarını inkişaf etdirmək, təhsilə, oxumağa, bədii ədəbiyyata marağını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək və ən əsası müxtəlif məktəblərdə təhsil alan yeniyetmə və gənclər arasında şəbəkələşməni inkişaf etdirməkdir. Layihə çərçivəsində keçirilən beş seçim turu barədə də məlumat verən layihə rəhbəri əsasnaməyə uyğun olaraq bu seçim turunda da ilk iki yeri tutan komandaların final mərhələsində iştirak edəcəyini qeyd edib. R.Mahmudov həmçinin bildirib ki, bu layihə eyni zamanda Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasına yönəlmiş tədbirlərdən biridir. Daha sonra baş tutan intellektual çoxnövçülük üzrə yarışda 6 komanda qüvvəsini sınayıb. 24 sualdan 14-nə doğru cavab verərək birinci olan Qımılqışlaq kənd ümumi orta məktəbinin eyniadlı komandası növbəti dəfə final mərhələsində oynamaq hüququ qazanıb. 11 oyun xalı ilə ikinci olan Bağbanlı kəndinin “Odlar Yurdu” komandası isə ilk dəfə finalda oynamaq şansı qazanıb. Hacıqayıb kəndini təmsil edən “Kamil” biliciləri isə seçim turunu üçüncü yerdə bitirib. “Bahar kuboku-2014” turnirinin növbəti, sonuncu seçim turu Quba rayonunun Ağbil zonasında baş tutacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info