MDB-nin yeni inkişaf konsepsiyası hazırlana bilər
Tarix: 10.10.2014 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Müstəqil Dövlətlər Birliyinin (MDB) yeni inkişaf konsepsiyası birlik ölkələrinin dövlət başçılarının iştirakı və razılığı ilə işlənib hazırlanmalıdır. "Rossiya 24" telekanalının verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında bəyan edib.
Onun sözlərinə görə, sənəd MDB-nin yaradılmasının 25 illiyinə (2016-cı ildə) hazırlana bilər.
Dövlət başçısı qeyd edib ki, MDB-yə sədrliyin 2015-ci ildə Qazaxıstana verilməsi haqqında razılıq əldə olunub və ölkə, həmçinin ticarət-iqtisadi münasibətlərin inkişafı, azad ticarət zonaları sahəsində işləri davam etdirir: “Bizim gələcək əməkdaşlığımız tranzit-nəqliyyat sahəsini, aqrar-sənaye kompleksini, ərzaq təhlükəsizliyi sahəsini əhatə edir. Sədrliyimiz bu məsələləri və humanitar əməkdaşlıq sahəsində təhlükəsizliyi əhatə edəcək”.
N.Nazarbayev bildirib ki, Qazaxıstan Şuranın növbəti iclasının 2015-ci ilin dördüncü rübündə keçirilməsini müəyyən edib.
Prezident deyib ki, dəqiq tarix Birlik ölkələrinin Xarici İşlər nazirlikləri ilə razılaşdırılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23.03.2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info