Fransa mətbuatında “Azərbaycan: Avropa Oyunları diqqət mərkəzində“ başlıqlı məqalə
Tarix: 10.10.2014 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


Fransanın nüfuzlu "Les Echos" qəzetində 2015-ci ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarından həhs edən "Azərbaycan: Avropa Oyunları diqqət mərkəzində" başlıqlı məqalə dərc olunub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məqalədə Azərbaycanın Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməyə və bununla da dünya ictimaiyyətinə ölkəmizi olimpiada vətəni kimi təqdim etməyə səy göstərdiyi yer alıb.
Müəllif Olivye Bunden qeyd edib ki, regionun aparıcı dövləti olan Azərbaycan bir neçə ildir, inkişaf səviyyəsi ilə beynəlxalq aləmdə ciddi nüfuz qazanıb və bununla da Qərb qonşularının diqqətini özünə cəlb edib.
Məqalədə Azərbaycanın iki dəfə Olimpiya Oyunlarına ev sahibliyi etməyə cəhd göstərməsi və sonda istəyinə nail olması xüsusi qeyd olunub. Fransız jurnalist Avropa Oyunlarının yüksək səviyyədə təşkilinin Azərbaycana tez-tez belə beynəlxalq miqyaslı yarışların keçirilməsinə imkan verəcəyini bildirib.
O.Bunden Rusiya, Türkiyə və İranla sərhəddə yerləşən və 10 milyon əhalisi olan ölkəmizin neftlə zənginliyindən bəhs edib, müxtəlif xidmət növləri sektorunu inkişaf etdirməklə və turizm imkanlarını genişləndirməklə iqtisadiyyatını daha da inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Məqalədə Azərbaycan xalqının tolerant sivilizasiya keyfiyyətinə malik olduğu, ölkəmizin Avropa və Asiya arasında körpü rolu oynadığı, öz coğrafi vəziyyətinə görə mühüm geosiyasi məkanda yerləşdiyi və daha çox Qərbə inteqrasiyaya maraqlı olduğu, Avropaya özünün yüksək inkişafı ilə nəyə qadir olduğunu göstərməyə cəhd etdiyi barədə fransız oxuculara ətraflı məlumat verilib. Habelə, məqalədə 2015-ci ilin iyun ayında təşkil olunacaq Avropa Oyunlarında Avropanın 49 ölkəsini təmsil edən 6 min idmançının iştirak edəcəyi diqqətə çatdırılıb.
O.Bunden gözlənilən etimadı doğrultmaq məqsədilə Avropa Oyunları üçün 65 min tamaşaçı yerlik və bütün tələblərə cavab verən müasir tipli stadionun tikintisinin sürətlə aparıldığını vurğulayıb.
Avropa Oyunlarına hazırlığın gedişatını izləmək məqsədilə təşkilat komitəsinin artıq dörd dəfə ölkəmizə səfər etdiyi, Oyunların televizor vasitəsilə bütün dünyaya yayımlanacağı məqalədə qeyd olunub. Avropa Oyunlarının keçirilməsində Azərbaycanın xüsusi inadkarlıq göstərdiyini diqqətə çatdıran müəllif qeyd edir ki, bununla da Azərbaycan ölkənin inkişaf strategiyasını dünya ictimaiyyətinə çatdırmaq istəyib.
Sonda bildirilir ki, 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən namizəd şəhərlər arasında Bakının şansı daha çoxdur.
Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: http://www.lesechos.fr/idees-debats/cercle/cercle-110513-azerbaidjan-les-jo-en-ligne-de-mire-1046163.php

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info