“The Nation”: “Rusiyaya qarşı “neft silahı”ndan yararlanma ABŞ üçün risklidir”
Tarix: 10.10.2014 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


“Neft müharibələri” enerjidaşıyıcılarının dünya bazarında qıtlığına və nəzarətsiz qiymət artımına səbəb ola bilər”

“The Nation” jurnalı neftlə dünyaya hökm etmək üstündə gedən mübarizə barədə maraqlı yazı yazıb. Yazıda qeyd edilir: “Rusiyaya qarşı “neft silahı”ndan yararlanma ABŞ üçün risklidir. Vaşinqton enerji daşıyıcısı olan ayrı-ayrı dövlətlərin dünya bazarına çıxışını məhdudlaşdırmağa çalışır ki, dünya bazarında neft qıtlığı yaransın. Bu isə son nəticədə qlobal resessiyaya gətirib çıxara bilər”. Yazıda qeyd edilir ki, Krımın Rusiyaya birləşdirilməsinə qədər BP, “Chevron”, “ExxonMobil” və “Total” kimi Qərb şirkətləri “Qazprom” və “Rosneft”lə Qara dəniz və Şimal Buzlu Okeanının Rusiya sektorunda qarşılıqlı faydalı əməkdaşlıq planını işləyib hazırlamışdılar. Qərb şirkətləri nəticədə yeni resurslara çıxış əldə etdilər. Rusiya isə çətin yataqlarda işləmək üçün öncül texnologiyalarа çıxış imkanı əldə etdi. Təəccüblü deyil ki, neft biznesində əsas fiqurlar bu anlaşmanı Rusiyaya qarşı sanksiyalardan təcrid etməyə çalışdılar.
Vaşinqton sanksiyaların köməyilə eyni zamanda, İranın Qərb texnologiyaları ilə neft hasil etməsinin qarşısını alır və onun neftinin satışını məhdudlaşdırır. Nəticədə İranın neft ixracından olan gəlirləri 2011-2012-ci illərdə 118 milyard dollardan 2013-2014-cü illərdə 56 milyard dolara enib.

Obama administrasiyası xarici siyasətin əsas aləti kimi “neft silahı”ndan yararlanır və bundan düşmən saydığı dövlətlərə qarşı istifadə edir.
Əslində ilk dəfə “neft silahı” 1973-cü ildə ABŞ-a qarşı istifadə olunub. O zaman ərəb ölkələri – OPEK üzvləri ABŞ-a neft ixracına embarqo qoymuşdular”.
Nəşr bildirir ki, adekvat tədbirlər özündə ciddi risklər ehtiva edir: “Neft müharibələri” enerjidaşıyıcılarının dünya bazarında qıtlığına və onların nəzarətsiz qiymət artımına səbəb ola bilər. Bu isə amerikan iqtisadiyyatına xələl gətirə və qlobal resessiyaya səbəb ola bilər. Bundan başqaVaşinqtonun aqressiv siyasətinə cavab olaraq digər ölkələr “neft silahı”nı ABŞ-a qarşı çevirə bilərlər”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info