Ukraynada yaşayan qafqazlılar etiraz aksiyası keçiriblər
Tarix: 10.10.2014 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Ukraynada yaşayan qafqazlılar fransız merin separatçı Dağlıq Qarabağ rejimi ilə imzaladığı sənədə görə Fransanın və ATƏT-in Kiyevdəki səfirliklərinə etiraz bəyanatı göndəriblər.
Ukrayna Xarici İşlər Nazirliyində çalışan Azərbaycanın Dubaydakı keçmiş vitse-konsulu Paşa Məmmədovun rəhbərlik etdiyi Qafqaz Xalqları təşkilatları Fransanın, ATƏT-in, Avropa İttifaqının və Ermənistanın Kiyevdəki diplomatik nümayəndəliklərinə etiraz bəyanatı göndəriblər.
Ukrayna Qafqaz Xalqları Konqresindən verilən məlumata görə, P.Məmmədovun rəhbərliyi ilə Qafqaz xalqları tələb ediblər ki, Fransanın Burq-Le-Valans şəhərinin merinin Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə Fransanın Burq-Le-Valans şəhəri arasında dostluq haqqında imzaladığı bəyannamə rədd edilməli və pislənilməlidir.
Etiraz bəyanatında tələb olunur ki, əks təqdirdə Ukraynadakı Qafqaz xalqları qeyd olunan nümayəndəliklər qarşısında kütləvi aksiyalar təşkil edəcəklər:
“Xatırladaq ki, Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan tərəfindən 1992-1993 illər ərzində işqal olunub və 20 ildən artıqdır işqal altındadır. BMT-nin bu ərazilərin azad olunması barədə 4 qətnaməsi də qabul olunub. Fransa Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması üzrə ATƏT-in Minsk qrupunun həmsədridir. Ukraynada yaşayan Qafqaz xalqları bu gün Ukraynanın separatizmlə üzləşməsinin şahididir. Avropa Ukrayna simasında separatizm təhlükəsi ilə üzləşmiş halda Avropa şəhərinin merinin belə bir özbaşınalığı beynəlxalq qanunvericiliyə ziddir və Avropa ölkələrinin Ukraynadakı hadisələr fonunda tutduğu mövqeyə ziddir. Merin imzaladığı sənəddə dünyanın heç bir dövlətinin tanımadığı işğalçı rejimin “Dağlıq Qarabağ respublikası” kimi qeyd olunması, dəstək ifadə edilməsi və belə bir sənədi Avropa merinin imzalaması bizi sarsıdıb. Belə bir hərəkətə ABŞ və Avropa ölkələrinin rəsmilərinin susması yolverilməzdir. Biz tələb edirik ki, ABŞ və Avropa ölkələri bu bəyannaməni pisləməli və ləğv olunmasına nail olmalıdırlar”.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info