Beynəlxalq əlaqələr genişlənir
Tarix: 11.10.2014 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycanın dünya ilə dialoqu” kimi qiymətləndiridiyi IV Bakı Beynəlxalq Humanitar Forumu dünyanın müxtəlif ölkələrindən olan alim və ziyalıların, ictimai-siyasi xadimlərin bir araya gəlməsi, xüsusilə elm, təhsil, mədəniyyət sahəsində yeni əməkdaşlıqların təməlinin qoyulması baxımından böyük rol oynamışdır.
Forum çərçivəsində Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun Mərakeş Krallığındakı Kasablanka Universitetinin rektoru İdris Mansuri ilə görüşü olub. Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyinin təşkilatçılığı ilə baş tutan görüşdə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetinin strukturu, tələbə kontingenti, beynəlxalq əlaqələri, maddi-texniki bazası, burada tədris olunan ixtisaslar barədə məlumat verib, dünya universitetləri ilə beynəlxalq əməkdaşlığı genişləndirməyə maraqlı olduqlarını bildirib. Kasablanka Universitetinin rektoru İdris Mansuri vurğulayıb ki, elm, təhsil sahəsində tərəfdaşlıq ölkələrarası siyasi, mədəni əlaqələrin inkişafına böyük təkan verir. Görüşdə ərəb dili ixtisası üzrə müəllim-tələbə mübadiləsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təbiət elmləri, elektroenergetika və digər sahələrdə müştərək elmi araşdırma və elmi tədqiqatların həyata keçirilməsi, online dərslərin, simpozum və konfransların təşkili yolu ilə virtual əməkdaşlığın inkişafı istiqamətində ilkin razılaşmalar əldə olunub. Universitetlərarası əaqələrin qurulması, əməkdaşlığın gəlcək inkişafı ilə bağlı təkliflər dəyərlədirilib.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
5 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info