“Ukraynanın iflası qaçılmazdır”
Tarix: 11.10.2014 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


Rusiya prezidentinin müşaviri Sergey Qlazev Ukraynada iflasın qaçılmaz olduğun bəyan edib. O, bu fikirləri “Praym” agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ukraynanın hazırkı tədiyə balansı bunları deməyə əsas verir ki, yaxın müddətdə hökumət öhdəliklərini yerinə yetirə bilməyəcək: “Bu məqamda belə bir sual yaranır- bəs, bunları kim ödəyəcək? Avropa Birliyi və Amerika Birləşmiş Ştatları tərəfindən vəd edilən yardım tədiyyə balansı üçün kifayət etməyəcək. Ona görə də ölkədə iflas qaçılmazdır”. Prezidentin müşaviri bildirib ki, Ukrayna artıq öz “trayektoriyasından sürüşüb”: “Bununla belə, sabitləşməyə nail olmaq olar. Biz ölkədə ÜDM-in 15 faiz mənfi ola biləcəyini təxmin edirik”. Qlazevin sözlərinə görə, ölkədə “az da olsa” sabitləşməyə nail olmaq üçün 100-120 milyard dollar lazımdır. Ukraynadakı "dağılma"nın daha dərin ola biləcəyini qeyd edən prezident müşaviri ”əgər ölkə bu xətt üzrə gedərsə, 50 fazi ÜDM azalmasını proqnozlaşdırırıq. Bu isə artıq ölkə iqtisadiyyatının tamamilə dağılması deməkdir və bu məqamda Ukrayna iqtisadiyyatının bərpası üçün beynəlxalq əməkdaşlıq proqramları çərçivəsində 300 mlrd. dollar da kifayət etməyə bilər”-deyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç isə İTAR-TASS-a bildirib ki, Ukraynanın şərqində humanitar vəziyyət fəlakətə yaxın vəziyyətdə olduğu bir vaxtda qarşıdan gələn soyuq havalar vəziyyəti daha da pisləşdirə bilər. Onun sözlərinə görə, belə qiymətləndirməni yalnız Rusiya deyil, bir çox ixtisaslaşdırılmış beynəlxalq təşkilatlar, o cümlədən BMT də təsdiqləyib.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info