“Avstraliyada “Azərbaycan evi”nin açılışı üçün çalışırıq”
Tarix: 11.10.2014 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


Müsahibimiz uzaq Avstraliyadan gəlmiş həmvətənimiz Həcər xanım Malikdir. Avstraliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri olan Həcər xanım Cənubi Azərbaycanda dünyaya gəlib.
- Avstraliyada hansı sahədə çalışırsınız?
-Ürəyi Azərbaycanda qalan bir çox azərbaycanlılardan biri də mənəm. Avstraliyanın paytaxtı Kanberra şəhərində yaşayıram. Moda dizayneriyəm. 1993-cü ildə özünəməxsus formada gəlinlik paltarı hazırlayaraq “De çallıe haute counture” markasını yaratdım. Və bu ad Avstraliyada moda sahəsində tanınmış və mükafat qazanmış adlardan biridir.
-Avstraliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının yaranma tarixi haqda məlumat verərdiniz...
-1992-ci ildə Zeynəb Xanlarovanın Qarabağa dəstəyi ilə bağlı olan konsertində ilk dəfə həmvətənlərimizlə qarşılaşdım. Orda bir diaspor cəmiyyətimiz və “Azərbaycanın səsi” radiosunun olduğundan xəbər tutdum. O gündən bəri milli diaspor təşkilatları ilə əlaqəli fəaliyyətlərimiz oldu. Birlikdə çalışa bilmək həmişə arzumuz olub. Ümid edirəm bir gün bizim də başqa millətlər kimi daha geniş çalışmalarmız olacaq. Güclü bir federasiya, ancaq birləşmə məqsədi ilə addımlar atılacaq. Biz çalışdıq ki, Avstraliya standartına uyğun bir cəmiyyət yaradaq. Beləcə, fevral ayında Avstraliyada Azərbaycan Mədəniyyət Assosiasiyasını qeydiyyatdan keçirdik. Təşkilatın üç dildə “azerbaijanis.org.au” saytı fəaliyyət göstərir. Saytda Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, eləcə də keçirdiyimiz tədbirlər haqda məlumatlar verilir.
-Azərbaycanın təbliği ilə bağlı hansı tədbirləriniz olub?
-İlk tədbirimiz Xocalı faciəsi ilə bağlı Kanberra və Sidneydə oldu. Kanberrada yaxın dostumuz millət vəkili xanım Yvett Berry və onun atası keçmiş məclis rəhbəri Wayne Berry (onlar IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Bakıya gəliblər) də iştirak etdilər. Və parlamentdə Xocalı haqqında nitqi olub. Novruz tədbirimiz ilk şənliyimiz oldu. Ardınca, hər ayın ilk bazarı günü Sidneydə mədəni tədbirlər keçiririk. Həmçinin Kanberrada “Odlar yurdu” rəqs qrupunu yaratmışıq. Bir neçə festivalda iştirak ediblər və ən gözəl ifaları da Azərbaycan səfirliyinin 28 May- Respublika Günü münasibətilə keçirdiyi mərasimdə olub. Qürurla deyə bilərəm ki, rəqs qrupu üzvlərinin geyindiyi milli paltarları özüm tikmişəm.
-Avstraliya bizə uzaq olan ölkədir. Bu baxımdan orada Azərbaycanı tanıtmaq sizin üçün çətin deyilmi?
-Nə qədər çətin olsa da biz bu baxımdan əlimizdən gələni edirik. Biz nə qədər zəngin mədəniyyətə sahib olsaq da, uzaq yerdə Azərbaycanı tanıtmaq elə də asan deyil. Şükürlər olsun ki, xaricdə yaşayan azərbaycanlıların işini asanlaşdıran Diasporla İş üzrə Dövlət Komitəsi var. Dünya Azərbaycanlılarının Həmrəylik Günündə “Azərbaycan evi”nin açılışı üçün çalışırıq. Azərbaycandan açılışda qonaqlarımızın olmasını istərdik.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Müxalifət dəyişməlidir...
23.04.2019
“Erməni soyqırımı”, yalanlar və gerçəklər: Qərbin Türkiyəni şantaj siyasəti
23.04.2019
Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info