“Azərreyl”dən növbəti transfer
Tarix: 11.10.2014 | Saat: 01:38:00 | E-mail | Çapa göndər


“Azərreyl” növbəti transferini rəsmiləşdirib. Komandamız Peru millisinin hücumçusu Karla Ruedanı heyətinə cəlb edib. 24 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb. 180 sm boya malik Karla özünü yaxşı tərəfdən göstərəcəyi halda, anlaşmanın müddəti daha 1 illik artırılacaq.
Rueda “Azərreyl”ə gəlincə, ölkəsinin “Sportinq Kristal” (2006), “Deportivo Qemines” (2007-2008, 2010-2011, 2012-2013), İspaniyanın “Mursiya” (2007), Portuqaliyanın “Riberense” (2008-2009) və Trinidad və Tobaqonun “Defense Forse” klublarının şərəfini qoruyub. Bu komandalarla heç bir uğur qazanmayan Karla 2007-ci ildən formasını geyindiyi yığması ilə 1 dəfə fəxri kürsüyə yüksəlməyi bacarıb. O, 3 il öncə Cənubi Amerika çempionatının bürünc medalına sahib olub. Qeyd edək ki, bununla da “Azərreyl”də oyunçuların sayı 8-ə çatıb. Bakı klubu Ruedadan öncə Yuliya Pşeniçnıx, Aynur Kərimova, Şəfaqət Həbibova, Yuliya Stenkina, İrina Makarenko, Nasya Dimitrova, Oksana Kovalçuk və Olqa Savençukla müqavilə bağlayıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Real-da Zidanı əvəzləməyə 3 namizəd
20.09.2019
Barcelona daha bir ilki reallaşdıracaq
20.09.2019
Almaniya millisində qapıçı qalmaqalı
20.09.2019
Avropa Liqası: “Qarabağ”- “Sevilya“ oyunu başa çatıb
19.09.2019
Hacı Əliyevin qırmızı vərəqəsi ləğv edildi - Yenilənir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info