Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyəti artırılacaq
Tarix: 11.10.2014 | Saat: 01:39:00 | E-mail | Çapa göndər


Şəmkirdə sahibkarların iştirakı ilə “Aqrar-sənaye kompleksinin rəqabətqabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər” mövzusunda müzakirələr keçirilib. Tədbirə İqtisadiyyat və Sənaye Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) nümayəndələri, eləcə də regionda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Gəncə-Qazax iqtisadi rayonunda istehsal edilən ixracyönümlü və rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olublar. Sərgidə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 30-a yaxın şirkətin 100-dən çox çeşiddə məhsulları nümayiş etdirilir. Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Daha sonra “Aqrar-sənaye kompleksinin rəqabətqabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilmiş müzakirələrdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişafın, makroiqtisadi sabitliyin təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı dinamik inkişaf edir, rəqabətqabiliyyətli məhsul istehsalının həcmi artır, ixrac imkanları genişlənir. Özəl sektora kompleks dövlət dəstəyi tədbirləri, məqsədli dövlət proqramlarının icrası, güzəştli kreditlərin verilməsi və s. kimi tədbirlər sahibkarlığın inkişafını stimullaşdırır, müasir texnologiyaların tətbiqinə əsaslanan iri istehsal müəssisələri yaradılır. Bu müəssisələrdə istehsal olunan rəqabətqabiliyyətli məhsullar dünyanın bir sıra ölkələrinə ixrac olunur, beynəlxalq sərgilərdə nümayiş etdirilir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxışında dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq işlərinin geniş vüsət aldığını, digər rayonlar kimi, Şəmkirin də sürətlə inkişaf etdiyini, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib. Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru İsrafil İsmayılov çıxış edərək aqrar sektorun inkişafı perspektivləri, elmi təminat və kadr potensialının gücləndirilməsi tədbirləri barədə məlumat verib, son dövrlər kənd təsərrüfatına diqqətin daha da artığını vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə çıxışında aqrar sahənin inkişafı, bu sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri barədə məlumat verib, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının əhəmiyyətini vurğulayıb.
Nazirliyin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin nümayəndəsi Allahverdi Paşayev çıxışında Azərbaycanda özəl bölmənin inkişafına dəstək tədbirləri, ölkədə istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər.
Tədbirdə çıxış edən sahibkarlar ölkədə sahibkarlığın inkişafına göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını bildirib, yaradılmış əlverişli biznes mühitindən istifadə edərək məhsul istehsalının və ixracın artırılması istiqamətində görüləcək işlər barədə məlumat veriblər.
Tədbir çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələri olan “Şərq Ulduzu” MMC, “Azaqro” MMC və Kəmalə Bayramovaya məxsus soyuducu anbar kompleksinin fəaliyyətinə baxış keçirilib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18.02.2019
Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18.02.2019
Asiya İnkişaf Bankının ekspertləri ilə görüşlər keçirilib
18.02.2019
Gömrükçülər Türkiyə təcrübəsini öyrənirlər
18.02.2019
“Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10601

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info