Yaşa görə əmək pensiyaları Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir
Tarix: 11.10.2014 | Saat: 01:41:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondu Aparatının əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev media nümayəndələri ilə görüş keçirib. O bildirib ki, ölkə üzrə əmək pensiyaçılarının sayı ilkin məlumatlara görə, 2014-cü ilin 01 oktyabr tarixinə 1286,2 min nəfər təşkil edib və ilin əvvəli ilə müqayisədə 9,1 min nəfər və ya 0,7 faiz artıb. Pensiyaçıların 782581 nəfərini və ya 60,9 %-ni yaşa görə, 363181 nəfərini və ya 28,2 %-ni əlilliyə görə, 140425 nəfərini və ya 10,9 %-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.
2014-cü ilin 01 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 172,9 manat olmuş, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 191,5 manat təşkil etmişdir. Hazırda yaşa görə əmək pensiyalarının orta aylıq məbləği ölkə üzrə orta aylıq əmək haqqının 43,4 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərini tam cavablandırır.
Prezidentin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar olaraq görülən tədbirlər nəticəsində DSMF tərəfindən pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılıb. Göstərilən xidmətlər vətəndaşlara hesabatları elektron formada təqdim etmək, pensiya kalkulyatoru vasitəsilə pensiyasının məbləği barədə məlumat almaq, pensiya və müavinətləri avtomatlaşdırılmış qaydada təyin etmək, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək, sığortaolunanların elektron qaydada uçota alınması, fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı barədə məlumatları əldə etmək və s. imkanlar yaradır. Əhaliyə göstərilən elektron xidmətlərdən istifadə imkanlarının artırılması məqsədilə fondun yerli orqanlarında yardım masaları yaradılıb, müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar keçirilib. Göstərilənlərin nəticəsi olaraq DSMF-nin təqdim etdiyi elektron xidmətlər “elektron hökumət” portalının statistikasına əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də “elektron hökumət” portalı (www.e-gov.az), vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info