“Azərbaycan regionda ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir”
Tarix: 13.10.2014 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


ABŞ-ın Texas ştatından olan konqresmen Henri Kuelar Azərbaycanın önəmi barədə söz açıb. O, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla birgə "Incarnate Word" Universitetində keçirilən "dəyirmi masa"da bildirib:
"Azərbaycan regionda ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir".
Amerikalı konqresmen deyib: “Azərbaycan Amerika Birləşmiş Ştatlarının müttəfiqi və strateji tərəfdaşıdır. Azərbaycan regionda ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir. San Antonionun limitsiz ixrac potensialına sahib sürətlə inkişaf edən şəhər kimi oynadığı rolu nəzərə alaraq, Cənubi Texasın Azərbaycan ilə əlaqələrini gücləndirmək üçün böyük imkan var”.
O, qeyd edib ki, bundan sonra da Azərbaycanın davamlı inkişafını və ikitərəfli əlaqələrin möhkəmləndirilməsini görmək arzusundadır.
Qeyd edək ki, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov H.Kuelar ilə birgə "Incarnate Word" Universitetinin tələbə və müəllim heyəti ilə görüşərək Azərbaycanın qlobal siyasi, iqtisadi və təhlükəsizlik məsələləri, həmçinin ABŞ və Azərbaycan arasında əməkdaşlığı müzakirə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info