“İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır”
Tarix: 13.10.2014 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun Siciliyanın paytaxtı Palermo şəhərində mer Leoluka Orlando ilə görüşü zamanı bu şəhərlə ölkəmizin bölgələri arasında əlaqələrin inkişafına dair müzakirələr aparılıb.
Söhbət zamanı mer L.Orlando Palermonun Azərbaycanın bölgələri ilə əlaqələri genişləndirmək niyyətində olduğunu söyləyib. O deyib ki, Palermodan olan iş adamlarının Azərbaycana səfər etmələri iqtisadi əlaqələrimizin konkret istiqamətlərini müəyyənləşdirmək üçün yaxşı imkan yarada bilər. Mer Palermonun Azərbaycanın bölgələri ilə xüsusilə iqtisadiyyat və mədəniyyət sahələrində birgə layihələr həyata keçirməsinin önəmli olduğunu vurğulayıb.
Görüşdə səfir V.Sadıqov Azərbaycan-İtaliya əlaqələrinin hazırkı vəziyyəti barədə danışıb, cari ilin iyulunda Prezident İlham Əliyevin bu ölkəyə səfərinin münasibətlərimizin daha da inkişafına töhfə verdiyini deyib. V.Sadıqov səfər çərçivəsində qəbul olunmuş Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əməkdaşlığımızın genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
“İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır”, - deyən səfir siyasi sahədə əlaqələrimizin yüksək səviyyədə olmasının iqtisadi əməkdaşlığın da dinamik inkişafına müsbət təsir etdiyini vurğulayıb. O deyib ki, Azərbaycanda xeyli sayda İtaliya şirkətləri fəaliyyət göstərir. Ölkəmiz İtaliyanın ikinci ən böyük neft təminatçısıdır. Azərbaycanın iqtisadi siyasətində İtaliyanın regionları ilə əlaqələrin genişləndirilməsi də xüsusi yer tutur.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info