“Bu, erməni lobbisini dəstəkləyənlərin, Azərbaycan xalqının maraqlarına zərbə vuranların mitinqi idi”
Tarix: 13.10.2014 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


“Müxalifəti özündə cəmləşdirən “Milli Şura” deyilən bir qurumun icazəli mitinqində Ermənistanın bayrağı belə qaldırılsaydı, təəccüblənməzdim. Çünki bu, erməni lobbisini dəstəkləyənlərin, Azərbaycan xalqının, dövlətinin maraqlarına zərbə vuranların mitinqi idi”. Bunu “Trend”ə açıqlamasında “Milli Şura”nın keçirilən mitinqini şərh edərkən hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
YAP rəsmisinin sözlərinə görə, bu mitinqi səviyyəsiz, aşağı səviyyəli piket adlandırmaq olar. Çünki mitinq keçirilən ərazidə çox azsaylı insan yığa bilmişdilər: “Avropada onları dəstəkləyənlərə nümayiş etdirmək üçün mitinq iştirakçılarını dəfələrlə sağa-sola genişlənməyə çağırırdılar. Bununla sayın çoxluğunu nümayiş etdirmək istəyirdilər”.
S.Novruzov bildirib ki, mitinqdə iştirakçıların sayını artırmaq üçün hətta azyaşlıları da ora yığmışdılar: “Bu, bir daha göstərdi ki, müxalifətin sosial elektoratı yoxdur. Ona görə də aksiyaya müxtəlif təriqətlərin nümayəndələri də çağrılmışdı. Bu baxımdan "İŞİD" terror qruplaşmasının bayrağının qaldırılması da təsadüfi deyil”.
S.Novruzov deyib ki, mitinqlə bağlı müxalifətçilərin mətbuatda verdiyi müsahibələrin sayı orda iştirak edənlərdən çox idi.
YAP rəsmisi bu mitinqi AXCP sədri Əli Kərimlinin digər müxalifət lideri İsa Qəmbər üzərində qələbəsinin təntənəsi kimi də dəyərləndirib: “İsa Qəmbər, Arif Hacılı və digər müsavatçıları tribunaya buraxmamaqla Əli Kərimli onlar üzərində qələbəsini nümayiş etdirmiş oldu”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info