Naxçıvan şəhərindəki Heydər Əliyev muzeyini ziyarət edənlərin sayı artır
Tarix: 13.10.2014 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Cari ilin əvvəlindən oktyabr ayınadək Heydər Əliyev Muzeyini 13 minədək insan ziyarət edib. Bunun 686 nəfəri 27 xarici ölkədən gələn qonaqlar olub. Yerli ziyarətçilərin sayı isə 12 mini ötüb. Ötən dövrdə muzeydə müxtəlif mövzularda 60 açıq dərs keçirilib. Dərslərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri, orta məktəb şagirdləri, dövlət müəssisə və təşkilatlarının əməkdaşları iştirak ediblər.
Açıq dərslərdə ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, gələcək inkişafının təmin olunması, dövlətimizin dünyada tanıdılması istiqamətində gördüyü mühüm işlər barədə dinləyicilərə geniş məlumatlar verilib.
Naxçıvan Muxtar Respublikasında yaradılan muzeylər içərisində Heydər Əliyev Muzeyi xüsusi əhəmiyyət kəsb edir. Dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının şəriksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş ulu öndər Heydər Əliyevin adını daşıyan muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 1999-cu il 18 fevral tarixli Sərəncamı əsasında muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb.
Muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 4 min 500-dən çox eksponat toplanıb.
Muzeydəki eksponatlar ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbaycanın müasir dövlətçilik tarixi və Ümummilli Liderimizin siyasi irsinin tədqiqatçıları burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər.
Fəaliyyət göstərdiyi 15 il ərzində muzeyin 237 mindən çox ziyarətçisi olub. Onların da 23 mindən çoxu 55 xarici ölkədən olan insanlardır. Həmçinin muzeyin eksponatlarını internet vasitəsilə (http://aliyev-museum.nakhchivan.az) izləmək mümkündür.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info