“Bizim Rusiya ilə ticari-iqtisadi əlaqələrimizdə problem yaranmayıb”
Tarix: 13.10.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze Baş nazirin Rusiya ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və RF xarici işlər nazirinin müavini Qriqori Karasinin oktyabrın 16-da Praqada keçirilməsi planlaşdırılan görüşündə Dağıstandan Gürcüstanın Kaxeti regionuna avtomobil yolunun tikintisi məsələsinin müzakirə olunacağını istisna etməyib.
Gürcüstan Baş nazirinin xüsusi nümayəndəsi ilə RF xarici işlər nazirinin növbəti görüşünün oktyabrın 16-da Praqada keçirilməsi planlaşdırılıb.
Bir müddət əvvəl Abaşidze bildirmişdi ki, görüşün əsas mövzusu yenə də ticarət və humanitar məsələlər olacaq. Görüşdə Aİ ilə assosiasiya haqqında sazişin implementasiyası məsələsinə də toxunulacaq.
Nazir deyib: "Hələlik bizdə avtomobil yolunun tikintisinə dair planlar haqqında məlumat yalnız KİV-dəndir. Rusiya tərəfi belə bir təkliflə bizə müraciət etməyib. Lakin bu məsələyə Abaşidze ilə Karasinin görüşündə toxunulacağı istisna deyil”.
Onun sözlərinə görə, bu, Gürcüstanın Aİ ilə assosiasiyalar haqqında sazişi imzalamasından sonra ilk görüşdür: "Hələlik bizim Rusiya ilə ticari-iqtisadi əlaqələrimizdə problem yaranmayıb və əminəm ki, bundan sonra da belə olacaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info