Rəşad Rəsullu: “Sığorta sosiumun özü üçün yaratdığı ən vacib dəyərlərdən biridir”
Tarix: 13.10.2014 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


“AtaHolding” ASC İdarə Heyətinin sədr müavini Rəşad Rəsullunun müsahibəsini təqdim edirik.

- Rəşad müəllim, sizcə, peşə seçimi insanın gələcək həyatına nə dərəcədə təsir edir?
- Çox uğurlu sualla başladınız, təbrik edirəm. Çünki bu sual vaxtilə şəxsən məni ən çox düşündürən suallardan biri olub və mən bugünkü bütün uğurlarımı məhz bu suala düzgün cavab tapmağımla əlaqələndirirəm və bunun üçün mənə köməyi dəyən bütün insanlara təşəkkür edirəm. Peşə seçimi insanın həyatı boyunca verdiyi ən əhəmiyyətli qərardır desəm, əminəm ki, yanılmaram. Bu, vacib olduğu qədər, həm də çox incə məsələdir. Adətən insanlar gələcək peşələri barədə düşünərkən daha çox uğurlu insanların həyat yoluna baxıb, onların keçdiyi yolu təqlid etməyi düşünürlər. Bu fikirlər məndən də yan keçməyib, amma bu gün çox xoşbəxtəm ki, mən qərarımı bu meyarlara əsasən deyil, daxilimdəki “mən”in səsinə qulaq verərək almışam.
Bunun qısa formulu belədir: “Hansı işi heç bir maddi maraq güdmədən, sırf sevdiyiniz üçün edərsiniz?” sualına verdiyiniz cavabınıza köklənirsiniz və məhz o işi seçirsiniz. Çünki, əhəmiyyətli olan işi sevmək və bilməkdir, uğurun bütün açarları məhz bundadır.
- Bəs, bu baxımdan bir insan “sığorta işi”ni hansı səbəblərdən sevə bilər?
- Fikrimcə, sığorta– sosiumun özü üçün yaratdığı ən vacib dəyərlərdən biridir. Bunu belə izah edim: Bir toplum düşünün, hansında ki, hər kəs özünün daha yaxşı bacardığı və sevdiyi işlə məşğuldur. Hər kəs öz işində ustadır. Və bu toplumun fərdləri lazım olduqca bir-birilərinə hər cür kömək edirlər. Kiminsə hər hansı bir köməyə ehtiyacı olduğu zaman hər kəs toplaşmaq və əlindən gələn bütün köməyi etmək istəyir, çünki bilir ki, sabah belə bir köməyə onun özünün də ehtiyacı ola bilər və belə halda onun da köməyinə gələnlər olacaq. Amma, əksərən belə hallarda hər kəsin eyni anda toplaşması və kömək etməsi mümkün olmur, çünki həyat gözlənilməz sürprizlərlə doludur və hər kəsin özünə aid planları var. Bu planların isə üst-üstə düşməsi mümkün deyil.
Bu zaman toplum bir fond yaradır. Hər kəs mütəmadi olaraq bu fonda müəyyən bir pay ayırır. Toplumdan kiminsə köməyə ehtiyacı olduğu zaman birbaşa olaraq bu fonddan yararlanır və öz inkişaf yolunda büdrəmədən yoluna davam edə bilir. Bu zaman meydana başqa bir sual çıxır: Bəs bu fonda kim nəzarət etməlidir? Bu fondu kimə tapşırmalı?
Bu dəfə isə toplumun arasından hər kəs tərəfindən etibarlı və məsuliyyətli olaraq tanınan, hər kəsin güvəndiyi biri çıxır və fondun nəzarətçisi funksiyasını öz üzərinə götürür. Bu şəxsin işi sırf fonda nəzarət və insanların yardıma ehtiyacı olduğu zaman dərhal onun yanında olmaqdır.
“Sığorta işi”nin mahiyyəti də məhz bundan ibarət olmalıdır, cəmiyyətin rifahi üçün çalışmaq. Belə bir işi sevməmək üçün siz bir səbəb göstərə bilərsiniz? (gülür).
- Belə bir açıqlamadan sonra çətin ki, nəinki mən, kimsə səbəb göstərə bilsin. Çox maraqlı izah idi, bunlar sizin şəxsi düşüncələrinizdir?
- Əslində bunlar tək mənim yox, bütövlükdə “AtaSığorta”-nın baxışını əks etdirən fikirlərdir. Şirkət olaraq missiyamızı – bütün fəaliyyətimizlə cəmiyyətin rifahına xidmət etməyi – sözün əsl mənasında yerinə yetirmək üçün biz bu düşüncələrdən kənara çıxmamalıyıq, bunu dərk edirik. Və bugün “AtaSığorta”nı sektordakı digər sığorta şirkətlərindən fərqləndirən əsas cəhəti də məhz budur.
- Sonda belə bir sual verim: Siz həm də iki övlad atasısınız, bəs övladlarınızın gələcək peşə seçimi sizi narahat edirmi?
- Tam səmimi olaraq deyim ki, xeyr. Bu seçim hər bir insanın şəxsinə bağlıdır, sadəcə onlara əsas insani dəyərləri aşılamaq, cəmiyyətin inkişafının fərdi inkişaflardan keçdiyi həqiqətini anlamalarına kömək etmək kifayətdir. Əmin olun ki, bunu dərk edən hər bir insan öz doğru seçimini mütləq edəcək.
İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info